SAVAŞIN BİTMƏSİ ÜÇÜN GÖRÜLƏN TƏDBİRLƏR – Özəl

Avropa İttifaqı Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyanı müttəfiqlərinin dəstəyindən məhrum etməyə çalışır. Aktualtv.az xəbər verir ki, Böyük Yeddiliyin sammiti çərçivəsində Yaponiyaya səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu baxımdan Çini Rusiyaya təzyiq göstərməyə çağırıb: “İndi bütün diqqətimizi boşluqları doldurmağa və Rusiyanı kritik tədarüklərdən məhrum etməyə yönəlmişik. Rus almazlarının ticarətini məhdudlaşdıracağıq. Bu sanksiyaların […]

“Qərb ölkələri bu mövqeyindən geri çəkilməyəcək” – Özəl

“Qərb ölkələrinin liderləri Ukraynanı dəstəkləməklə bağlı mövqeyindən geri çəkilməyəcək”. Aktualtv.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak Hirosimada keçirilən “Böyük Yeddilik” ölkələrinin sammiti çərçivəsində “Sky News” telekanalına müsahibəsində deyib. “Rusiya bilməlidir ki, bizim və digər ölkələrin Ukraynanı dəstəkləməklə bağlı əzmi sarsılmaz olaraq qalır”- deyə baş nazir əlavə edib. Səbinə Kərimova / aktualtv.az

Qlobal münaqişələr arta bilər – AÇIQLAMA – Özəl

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles onilliyin sonuna qədər qlobal münaqişələrin artması ehtimalını elan edib. Aktualtv.az xəbər verir ki, o, kabineti hərbi xərclərin 2,5%-ə qədər qaldırılması üçün dəqiq cədvəl hazırlamağa çağırıb. Ben Uolles Rusiya ilə daha geniş münaqişə riskinə, Çinin yaratdığı təhlükəyə işarə edərək hərbi potensialın müdafiə üçün kritik əhəmiyyətə malik olacağını deyib . Səbinə […]

“Türkiyə İsveçin NATO-ya üzvlüyünə müsbət baxa bilməz” – Ərdoğan səbəbi AÇIQLADI – Özəl

Türkiyə terror qruplaşmalarının Stokholm küçələrində sərbəst gəzməsinə icazə verməyə davam etdikcə, İsveçin NATO-ya üzvlüyünə müsbət baxa bilməz. Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN“- ə müsahibəsində bildirib. Bildirib ki, bir NATO ölkəsi terrorla mübarizədə güclü mövqe tutmalıdır. Səbinə Kərimova / aktualtv.az

Rusiya sui-qəsd etməyə hazırlaşır – Özəl

“Rusiya hərbi rəhbərliyimizə qarşı sui-qəsd etmək istəyir”. Aktualtv.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib. Onun sözlərinə görə, bu, qarşı tərəfin ən böyük hədəfidir. Onu fikrincə, rəhbər şəxslərin həyatı üçün daim təhlükə var: “Rəhbər şəxslərin, o cümlədən Baş Qərargah rəisi Valeri Zalujninin öldürülməsi bizim üçün böyük itki olacaq, bu da müharibənin […]

Ərdoğandan Sinan Oğanın şərtləri ilə bağlı AÇIQLAMA – Özəl

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci turda dəstək əldə etmək üçün prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək. Aktualtv.az xəbər verir ki, dövlət başçısı bu barədə, CNN-ə müsahibəsində bildirib. Qeyd edib ki, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq. Ərdoğan onu da deyib ki, Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına […]

Xəzər dənizi üzərində beynəlxalq nəqliyyat DƏHLİZİ – Çindən DƏSTƏK – Özəl

Çin Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin qurulmasını dəstəkləyir. Aktualtv.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Sian şəhərində Çin-Mərkəzi Asiya ölkələri dövlət başçılarının görüşündə deyib. Çin Lideri ölkəsinin Mərkəzi Asiya ölkələri ilə transsərhəd daşımaların həcmini artıracağını da bildirib. Si Cinpin əlverişli coğrafi mövqeyi sayəsində Mərkəzi Asiyanın Avrasiyada əlaqə üçün vacib […]

Yaponiyada keçiriləcək vacib GÖRÜŞ – İclasın gündəmi – Özəl

Yaponiyada keçiriləcək Yeddilik Qrupunun iclasında Ukraynanın sülh təklifi müzakirə ediləcək. Aktualtv.az xəbər verir ki, bununla yanaşı, G-7 ölkələrinin Avropa İttifaqı ilə müharibəyə son qoyulması istiqamətində fikir mübadiləsi aparacağı da gözlənilir. Xatırladaq ki, iclas mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində baş tutacaq. Qeyd edək ki, Zelenskinin təklif etdiyi 10 bənddən ibarət plana Ukraynanın ərazi bütövlüyünün bərpası, Rusiya […]

Paşinyan Brüssel görüşü haqqında danışıb – Özəl

Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması mühüm addımdır. Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Ermənistanın Baş naziri qeyd edib ki, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətnini yekunlaşdırmağa imkan verəcək. Növbəti addım delimitasiya komissiyasının formalaşdırılması üçün əsasların müəyyən edilməsi olmalıdır. Murad Həsənov / […]

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik” – KTMT – Özəl

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”. Aktualtv.az xəbər verir ki, bunu jurnalistlərə təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib. O, Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələrin müntəzəm aparıldığını və bu yaxınlarda Avropada danışıqların növbəti raundunun baş tutduğunu vurğulayıb. “Qeyd edilib ki, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Almatı […]