Azərbaycanın sülh danışıqlarında konsturuktiv mövqeyi
Qarabağda separatçıların olması sülh prosesinə böyük mane yaradırAzərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı danışıqlar davam etməkdədir. Bu istiqamətdə Prezident İlham Əliyev Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla bir neçə dəfə görüşüb. Növbəti olaraq isə Prezident İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə […]
“Ağdam-2023” – Emin Musavinin yeni layihəsi – VİDEO
“ASAN Radio”nun direktoru Emin Musavinin təqdimatında yeni layihə – “Ağdam-2023” başlayıb. Aktualtv.az xəbər verir ki, layihənin ilk buraxılışında Ağdam ilə bağlı bir neçə suallara cavab tapmaq mümkündür. Ağdama nə qədər insan və nə vaxt köçməyə başlayacaq? Tikinti bumu nə zaman başlayacaq? Yeni Ağdam nə ilə fərqlənəcək? Və digər sualların cavabı üçün video süjeti izləyə bilərsiniz:
Mübariz Mənsimovun zəlzələ bölgəsinə yardımı 25 milyonu keçdi – FOTOLAR
“Palmali Holding” Türkiyədə baş verən və minlərlə insan təlafatına səbəb olan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında ilk gündən yaxından iştirak edir. Təbii fəlakətdən ötən 10 gün ərzində “Palmali Holding”in prezidenti Mübariz Mənsimovun başlatdığı yardım kampaniyasının dəyəri artıq 25 milyon türk lirəsini aşıb. Dəstək kampaniyasının davamı olaraq, zəlzələ nəticəsində evsiz qalan ailələr üçün çadır kəndi qurmaq […]
“Palmali Holding” şirkəti təbii fəlakət zonasına 10.000.000 TL dəyərində növbəti yardımı yola salıb
Türkiyədə baş vermiş zəlzələ hamımızı çox sarsıtdı. Zəlzələdə zərər çəkmiş insanlara yardım göstərmək məqsədi ilə “Palmali Holding” şirkəti olaraq xeyirxah iş ortaqlarımız, dostlarımız, dənizdə və ofisdə olan bütün əməkdaşlarımızla birgə bu böyük fəlakətin qurbanlarına dəstək olmaq üçün əlimizdən gələni etməyə çalışırıq. “Palmali Holding” təbii fəlakət zonasına 10.000.000 TL dəyərində növbəti yardımı bu gün yola salıb. […]
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
Yanvarın 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın icrasını təmin etmək məqsədilə yaradılan Komissiyasının 2023-cü il üzrə ilk iclası keçirilib. İclasda Azərbaycan Respublikasının […]
Bir ölkənin səfirliyinə girmək o ölkənin torpaqlarına girməkdir -Özəl
Bir il keçmədi ki, Azərbaycanın səfirliyinə ikinci dəfə hücum oldu. İkinci hücum həm də qonşu ölkə, sözdə İslam ölkəsi olan İranda oldu. İran illərdir istər gizli, istərsə də açıq şəkildə Azərbaycana qarşı olduğunu hər dəfə göstərirdi. Ancaq bu dəfə etdiyi son hərəkətlə birmənalı şəkildə Azərbaycan dövlətinə savaş elan etdiyini göstərdi. İran 1961 Vyana Konvensiyasını birmənalı […]
“Sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır” – Deputat
“Sosial şəbəkələrdə insan hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bununla bağlı geniş müzakirələr aparılmalıdır”. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır: “Yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlananda tənqidlər olmamalıdır. Bu istiqamətdə cəmiyyətin sifarişini müəyyən edən və sosial şəbəkələri tənzimləyən […]
SON DƏQİQƏ: Çavuşoğlu İsveçdəki alçaq hücuma çox SƏRT REAKSİYA: Siz bu cinayətin…-Özəl
Türkiyənin Stokholmdakı səfirliyində irqçi Rasmus Paludan Quranı yandırdıqdan sonra sular sakitləşmir. Nazir Çavuşoğlu baş verənlər qarşısında İsveç hökumətinə sərt davranaraq, “Sən bu cinayətin ortağı olmusan” deyib.Aktualtv.az xəbər verir ki, Türkiyənin Stokholmdakı səfirliyində irqçi Rasmus Paludan Quranı yandırdıqdan sonra sular sakitləşmir. Nazir Çavuşoğlu baş verənlər qarşısında İsveç hökumətinə sərt davranaraq, “Sən bu cinayətin ortağı olmusan” deyib. […]
“Zatulinlər artıq Ermənistanda uduzub” – Özəl – AÇIQLAMA
“Konstantin Zatulin Rusiyanın yüksək məqamında ifrat ermənipərəstliyi və anti-Azərbaycan düşüncələri ilə seçilib. Bu gün onun Ermənistan hakimiyyəti əleyhinə fikirləri ilk növbədə gülüş doğurur”. Bu fikirləri Aktualtv.az-a açıqlamasında Türküstan Media Qrupunun rəhbəri Aqil Camal söyləyib. Aqil Camal bildirib ki, Zatulin və onun Rusiyadakı ermənipərəst fikirdaşları bu gün Ermənistanın davranışlarından hiddətlənməklə, əslində indiyəqədərki fəaliyyətlərinin puç olduğunu etiraf […]
Millət vəkili: “Vardanyan tezliklə qəşəng bəhanə ilə Qarabağı tərk edəcək” -Özəl
Rusiya sülhməramlı kontingentinin Laçın yoluna Azərbaycanla birgə nəzarət etməkdən başqa alternativi yoxdur. Millət vəkili Rasim Musabəyov belə hesab edir. “Media, erməni siyasətçiləri və analitikləri, ermənipərəst amerikalılar və avropalılar Laçın dəhlizinə tam nəzarəti bərpa etmək üçün Moskvaya güc tətbiq etmək çağırışları edirlər. Amma etiraz aksiyası ikinci aydır ki, davam edir, Rusiya sülhməramlı kontigenti tərəfindən isə gözlənilən […]