Samir Şərifov QHT-lərin maliyyələşdirilməsindən danışıb – MİLLİ MƏCLİSDƏ

“Siyasi partiyalar və QHT-lərə maliyyə ayrılması hər zaman dövlətin diqqətində olacaq”. Aktualtv.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. QHT-lərə vəsaitlərin ayrılmasından danışan nazir bildirib ki, bu istiqamətdə bir neçə təklif səsləndirilib: “Həm siyasi partiyalar, həm də QHT-lərin fəaliyyətinin maliyyələşdirilməsinə dövlət tərəfindən yardım göstərilir. Bu yardım ola bilsin ki, ildən-ilə istənilən həcmdə artırılmır. […]

Mübariz Mənsimov “Vəsiyyət” sənədli filmindən danışdı

“Palmali Holding”in rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov Vətən müharibəsi şəhidi, kapitan Əsəd Həsənova həsr olunan “Vəsiyyət” sənədli filmindən danışıb. Mübariz Mənsimov bildirib ki, bu cür filmlərin çəkilməsi çox vacibdir. O, şəhidlərimizin xatirəsinin əbədi yaşaması üçün bu cür addımları müsbət dəyərləndirib: “Azərbaycan dövləti hər zaman şəhid ailələrinin yanındadır, onlara qayğısını əsirgəmir. Dövlət şəhidlərimizin əziz xatirələrinin […]

Mübariz Mənsimovun anasından mesaj var- Video

İş adamı Mübariz Mənsimovun anası onun adına verilən gəminin şəhidlərin adına verilməsini istəyib. Bu barədə Mübariz Mənsimovun səhifəsində paylaşım edilib. “Mənim anam 9 uşaq böyütmüş atamın halal çörəyini yeyən, gecəsini gündüzünə qatan bir azərbaycanlı xanımıdır. Məni yanına cağırıb “bir xahişim var” dedi. “Gəmilərə şəhidlərin adını qoyandan telefonu susmur. Qohum qardaş, tanımadığın insanlar, hərə bir xahiş […]

Fahrettin Altun: “Bu təkcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının qələbəsi idi”

İstanbulda Azərbaycanın şanlı Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə “Bir millət, iki dövlət” şüarı altında tədbir keçirilib. Bayram tədbiri ölkəmizin İstanbuldakı Baş konsulluğu və İstanbulun Tuzla Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.Əvvəl iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin […]

DTX Vətən müharibəsində hansı işləri görüb? – Əli Nağıyev açıqladı

“44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında digər aidiyyəti güc strukturları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin fədakar əməkdaşlarının da danılmaz payı vardır”.  Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetində dərc olunan yazısında qeyd edib. Haqq savaşımızın başlandığı ilk gündən etibarən Xidmətin şəxsi heyəti düşmənlə mübarizə işinə səfərbər olunub, əsgər və zabitlərimizin müəyyən […]

Avropa İttifaqı Şahin Mustafayevlə Mqer Qriqoryanın dünən baş tutan görüşünü şərh edib

Avropa İttifaqı Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın başçılıq etdikləri dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının dünən Brüsseldə keçirilən üçüncü iclasını şərh edib. Aİ tərəflər arasındakı konstruktiv atmosferi yüksək qiymətləndirib. “Bu görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında […]

Zəngəzuru tanıyaq və tanıdaq 

Zəngəzur azərbaycanlılarının inancları Zəngəzur azərbaycanlılarının inanclar sistemi bu bölgənin tarıxı, aborigen xalqın etnogenez prosesi qədər qədim və mürəkkəbdir. Bu inanclar dünyanın bütün xalqlarında olduğu kimi tarixən formalaşmış, adət-ənənələrdə, məişətdə, təsərrüfat həyatında, mərasimlərdə öz yerini tutmuşdur. İbtidai icma dövründən başlayaraq insanlar təbiət hadisələri (zəlzələ, sel, ildırım, tufan, quraqlıq və s.) və həyat çətinlikləri (xəstəlik, sonsuzluq, kasıblıq, […]

“Ermənilər yalnız Cümə məscidini bu məqsədlə tam dağıtmayıblar”

“Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və burada olan daşlar oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər”. Bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib. Dövlət başçısı deyib: “Ermənilər işğaldan azad olunmuş ərazilərdə məscidləri dağıdıblar. Yalnız Şuşa, Laçın və Kəlbəcərin […]

“Londonda səfirliyin binasında baş verən hadisələrə görə Britaniya hökuməti, hüquq-mühafizə orqanları məsuliyyət daşıyır” -Büllur Məmmədova

Bu gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. BMT-nin Diplomatik Münasibətlər və İmmunitetlər haqqında Vyana Konvensiyasına əsasən, (Vyana Konvensiyası (1961-ci il) maddə 22: 1)Nümayəndəlik binaları toxunulmazdır. […]

AZAL-la bağlı məsələ parlamentdə qaldırıldı

“Nə qədər ki, dəmiryolu, avtomobil yolu açılmayıb, Naxçıvana aviabiletlərin qiymətlərinin artırılması yoxsul, imkansız ailələr üçün problemlər yaradır”. Bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, 7-10 ildir müalicə üçün Bakıya gələ bilməyən ailələr var: “İran üzərindən quru yolu ilə də Naxçıvandan Azərbaycana gəlmək üçün əvvəllər də […]