Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasına gedəcək – Başqa yolu YOXDUR!

İsveçin paytaxtı Stokholm şəhərində keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmadı. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında görüşün reallaşmamasının səbəbləri açıqlandı. Qeyd olundu ki, Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclasından öncə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün keçirilməsi təklifi ilə çıxış ediblər. Lakin nəzərdə tutulan görüşdən bir neçə […]

Hikmət Hacıyev beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə ÇAĞIRDI

“Mina problemi hələ də qalmaqdadır. Azad olunan ərazilərdə mülki şəxslərlə yanaşı, işçilər, hərbçilər də minaya düşür”. Aktualtv.az xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi mənfur siyasətin növbəti nümunəsidir: “Eyni zamanda bu mənfur […]

26 noyabr Bəyanatı Ölkəmizin mövqeyini tam əks etdirir

Soçidə üç dövlət başçısı tərəfindən imzalanan Bəyanat Azərbaycanın mövqeyini tam şəkildə təmin edir. Ölkə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dövlət başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşləri bir çox məqamlara aydınlıq gətirdi.Görüşdə Qarabağ münaqişəsi […]

Əhmədzadə qardaşlarının “SOCAR Trading”dəki özəl biznesi

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə Azərbaycanın Türkmənistan neftinin tranzit hüququnu itirməsi 2018-ci ilin noyabrında “SOCAR Trading S.A.”-nın tenderə girməməsinin nəticəsi idi. O zaman şirkətin rəhbərlərinin başının üstünü “qara buludlar” almışdı, SOCAR-ın bəzi strukturlarında yoxlamalar başlamışdı və nəticədə “SOCAR Trading” Türkmənistandakı tenderə hazırlaşmamışdı. Bu ilin yanvarında Türkmənistan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri […]

Millət vəkili Şahin Seyidzadə Abşeron rayonunda vətəndaş qəbulu keçirmişdir

Noyabr ayının 26-da Abşeron rayonu Hökməli qəsəbəsində Hökməli, Qobu, Güzdək, Mehdiabad, Pirəşəkül qəsəbələri və Qobustan kəndindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirilmişdir. Görüş zaman Milli Məclisin deputatı vətəndaşların problemini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olmuşdur. Vətəndaşlar əsasən sosial problemlərin həlli, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri, əmlak, torpaq və məşğulluq məsələləri ilə bağlı […]

Fikrət MƏMMƏDOV: “Tarixi Qələbəmizi təmin edən Prezident – Xalq birliyi Azərbaycana hələ çox zəfərlər qazandıracaq”

Tarixi Qələbəmizi təmin edən Prezident – Xalq birliyi Azərbaycana hələ çox zəfərlər qazandıracaq22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günüdürÜmummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri […]

22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günüdür

Noyabr ayının 22-də yaranmasının 103-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan ədliyyəsi şanlı tarixi inkişaf yolu keçmişdir. Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu gündə -1918-ci ilin 28 mayında Ədliyyə Nazirliyi təsis edilmiş və ona rəhbərlik Xəlil bəy Xasməmmədova tapşırılmışdır. Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının, 22-də isə Ədliyyə Nazirliyinin əsasnamələri təsdiq olunmuşdur. Ulu […]

“Laçın istiqamətində müəyyən irəliləyişlərimiz var” – AÇIQLAMA

“Əməliyyatlar hələ də davam edir. Yəqin ki, düşmənin itkiləri daha da artacaq. Həmin istiqamətlərdə ordumuzun öz sərhədləri çərçivəsində mövqelərini irəli çəkməsi və möhkəmlənməsi gözlənilir. Laçın istiqamətində müəyyən irəliləyişlərimiz var. Lakin bu məlumatlar hələ təsdiqlənməyib”. Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Ermənistan silahlılarının Laçın rayonu istiqamətində törətdiyi təxribata adekvat cavabı fonunda bildirib. “Ermənistanın növbəti dəfə […]

Dəm qazından boğulan Tamillanın şəhid qardaşı haqda müsahibəsi … – Video

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib. Şəhidin bacısı 2006-cı il təvəllüdlü Tamilla Ağazadə ötən gün hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Aktual TV “Qafqazinfo”ya istinadən məlumat verir ku, Tamilla bu ilin avqustunda REAL TV-nin şəhid qardaşı Rəşad Ağayev haqda hazırladığı reportajda danışıb. Həmin kadrları təqdim edirik: 

İTV-nin canlı efirində politoloqun telefonuna zəng gəldi – VİDEO

Politoloq Fərhad Məmmədova canlı efir zamanı telefon zəngi gəlib. Aktualtvaz xəbər verir ki, İctimai Televiziyada verilişlərdən birində qonaq olan politoloq Fərhad Məmmədovun mobil telefonu müsahibə əsnasında zəng çalıb.Politoloq telefonu söndürüb, üzr istəyərək, danışığına davam edib.