Fətullah Gülən 3 ELNUR-u ilə Türkiyəyə qayıdıb? İDDİA
Pensilvaniyadan idarə olunan FETÖ şəbəkəsi azərbaycanlı müridlərinin əliylə Türkiyədə yeni telekanal açıb. Aktualtv.az xəbər verir ki, “SOCAR – Türkiyə” şirkətinin də dəstəklədiyi Global HABER telekanalına maliyyə dəstəyi göstərir. Hansı ki, Elnur Abdullayev Azərbaycan mediasında FETÖ-ya bağlı şəxs kimi təqdim edilir. Elnur Abdullayev Məlumatlara görə, FETO-nun DEŞİFRƏ olunan imamı Elnur Aslanov Azərbaycan Respublikası Rabitə və Yüksək […]
Ziya Məmmədovun adamı niyə medianı öz əlində cəmləyir… – Saytları satın alan Elnur Abdullayev kimdir?
Aktual TV boyukmillet.az saytına istinadən xəbər verir ki, bir müddət əvvəl, hələ Əli Məhəmmədəli oğlu Həsənov media sahəsini kurasiya edəndə cənab Prezidentin bir çıxışı oldu. Həmin çıxışda ölkə başçısı bəzi məmurların media vasitəsilə şantaj olunmasına açıq işarə etdi. Bir az sonra isə Prezident ölkədəki ideoloji işin bərbad olduğunu söylədi. Əslində bu sözlərin kimə ünvanlandığı gözəl […]
Nə bizə əsas verir ki, 18 Oktyabr tarixi Azərbaycanda “Müstəqilliyin bərpası günü” kimi qeyd edilsin?” -Millət vəkili
28 May tarixinin “Müstəqillik günü”, 18 Oktyabrtarixinin isə “Müstəqilliyin bərpası günü” adlandırılması ilə bağlı Milli Məclisdə qanunlayihəsini müzakirə edərkən bir sıra mühümməqamlara nəzər yetirməli, bu dəyişikliyi zəruri edən əsaslandırılmış və obyektiv arqumentləridüzgün təqdim etməliyik. Bu çox böyük siyasi, tarixi və hüquqi əhəmiyyətli, vacib qanunlayihəsidir. Qanun layihəsinin müzakirəsi zamanı iki sual meydana çıxır: Birinci sual: – “Nə bizə əsas verir ki, 18 Oktyabr tarixi Azərbaycanda “Müstəqilliyin bərpası günü” kimi qeyd edilsin?” və Ikinci sual: – “Niyə 28 May “Respublika günü” yox, “Müstəqillik günü” kimi qeyd olunmalıdır?” Birinci sualın cavabı həm hüquqi, həm də tarixi prizmadan kifayyət qədər əsaslandırılmış arqumentlərə söykənir: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” KONSTİTUSİYA AKTInın 2-ci […]
QHT-lər beynəlxalq təşkilatlara MÜRACİƏT etdi
1 il əvvəl Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Azərbaycan QHT-lərinin beynəlxalq təşkilatlara MÜRACİƏTİ 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad […]
Mübariz Mənsimov toyda çəkilən fotodan danışdı
Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yenidən Türkiyədə gündəmə gəlib. “Dəniz” xəbər agentliyinin jurnalisti Recep Canpolat Mənsimovun erməni iş adamı ilə şirkət qurduğu barədə məlumat yayıb. Onun Bereket Öner adlı bir şəxsin toyunda kollektiv çəkdirdiyi şəkil isə bu şayiələrin alovlanmasına gətirib çıxarıb. Mübariz Mənsimov məsələ ilə bağlı “Bir gün”ə açıqlama verib. İlk olaraq qeyd edək […]
Mübariz Mənsimov azadlığa çıxdıqdan sonra ilk dəfə MÜSAHİBƏ verdi
Azərbaycanlı iş adamı Mübariz Mənsimov ictimaiyyətin ilk dəfə eşidəcəyi məlumatları Türkiyədə fəaliyyət göstərən “HALK TV”-nin müxbiri İsmayıl Saymaza açıqlayıb. “AktualTV.az” olaraq həmin müsahibəni təqdim edirik: –Bölgə Ədliyyə Məhkəməsi, təşkilata kömək etdiyiniz üçün verdiyi 5 illik cəzanı qüvvədə saxladı. Bu haqda nə düşünürsüz ? – “FETÖ ilə heç bir əlaqəmin olmadığı ortaya çıxacaqdır. Mənim işim Ali Məhkəmədədir. […]
Abdullayevin və qohumlarının böyük biznes şəbəkəsi – Dövlətdən oğurlanan MİLYONLAR
SOCAR prezidenti Rövnəq Abdullayev təkcə ölkənin bir nömrəli dövlət şirkətini idarə etmir. Belə ki, onun nəzarəti altında Azərbaycanda onlarla başqa özəl şirkət də var. Bu şirkətlərin idarəçiliyi R. Abdullayevin qohumlarına və etibarlı adamlarına həvalə edilib. R.Abdullayevə bağlı olan şirkətlər əsasən tikinti və kənd təsərrüfatı istehsalı sahəsində çalışır. Lakin ötən ildən başlayaraq o, təmsilçiləri vasitəsilə maliyyə […]
PREZİDENTİN QHT-LƏRƏ AYIRDIĞI VƏSAİT KİMLƏRİ NARAHAT EDİR?
Vətəndaş cəmiyyəti təşkilatları dövlət qurumu sayılmasa da, dövlətin və cəmiyyətin inkişafından əsas və vacib institutlardan biri sayılır. Xüsusən də ölkəmizin uzun müddət müharibə şəraitində olması və hazırda post müharibə dövrünə qədəm qoyması 3-cü sektoru dövlətin və cəmiyyətin mənafeyinin qorunması missiyasında xüsusi rola malik olduğunu vacib edir. Çünki bu sektor vətəndaş təşəbbüsünü ifadə etdiyindən, sərbəst sürətdə […]
Nəyə görə Maliyyə nazirliyi Qht-ləri maliyyəsiz saxlayır?
““Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir”. Bu, hansısa dərslikdən yox, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci ildə imzaladığı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” sərəncamın preambulasındakı cümlələrdən […]
Azyaşlı uşaqların hüquqlarının pozulması və müvafiq qanuni tədbirlərin görülməsi təcrübəsi müzakirə edilib
Avqustun 2-də Baş Prokurorluqda “Sosial təhlükədə olan uşaqların müdafiəsi üçün təxirəsalınmaz tədbirlər” mövzusunda Seminar-Müşavirə keçirilmişdir.Baş prokurorun müavini Elmar Camalovun sədrliyi ilə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə və Səhiyyə nazirliklərinin, Ailə Qadın və Uşaq Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərinin İH və Abşeron RİH yanında Qəyyumluq və […]