Bakı Moskva görüşündə vacib nailiyyət əldə etdi – Zülfüqarov

“Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə Moskvada baş tutan görüşlərlə bağlı ilk növbədə onu qeyd etmək lazımdır ki, rəsmi Bakı üçün çox vacib olan bir məsələ – üçtərəfli bəyannamədə göstərilən Naxçıvanla Zəngəzuru birləşdirən Mehri dəhlizinin bərpasının praktik cəhətdən icrası ilə bağlı çox vacib nailiyyət əldə edildi. Orada vacib məqamlardan biri ondan ibarətdir ki, bu yolun bərpasında təkcə Azərbaycanın yox, həm də Rusiyanın maraqları var”.

Prezdent ekstremal şəraitdə iki düşmənə qarşı döyüşdü və qalib gəldi – Fəzail Ağamalı

“Cənab Prezidentin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə pandemiya ilə mübarizədə qazandığımız uğurlarla bağlı söylədiyi fikirlər həqiqəti özündə tamamilə ehtiva edir. Bütün dünyanı bürüyən bu bəladan az itki verməklə çıxmaq üçün dövlət başçısı səviyyəsində ilk gündən olduqca məsuliyyətli və ciddi addımlar atılmağa başlandı”.

“Azərbaycan mediasında çox ciddi boşluqlar var” – DEPUTAT

“Təbii ki, Azərbaycan mediasında çox ciddi boşluqlar var. Bunu gözümüz görür. Bəzi jurnalistlər sensasiya, daha çox baxış sayı yığmaq xatirinə nələrisə dərc edir. Bunlar da Azərbaycanın milli maraqlarına cavab verməyən məlumatlar olur. Həmin məlumatları da ermənilər bizim səhifələrdən götürüb paylaşırlarlar və bizi ələ salırlar”.

Hulusi Kılıç: Bu, Ermənistana fəlakət vəd edir

Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri, burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması erməni quldur dəstələrinin Azərbaycan tərəfinə silahlı hücumları ilə eyni mahiyyətli bir hərəkətdir. Hər iki hal 10 noyabr tarixli üçtərəfli Bəyanata ziddir və bütün bunlara görə baş verəcək xoşagəlməz hadisələrə görə məsuliyyəti təkcə qarşı tərəfdəki hakimiyyət deyil, bütövlükdə Ermənistan dövləti daşıyır.