Gürcüstanın Baş naziri müharibəyə görə NATO-nu qınadı – Özəl
Rusiyanın 2022-ci ildə Ukraynada müharibəyə başlamasının səbəbi NATO-nun genişlənməsi olub. Aktualtv.az xəbər verir ki, bunu SLovakiyanın paytaxtı Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib. “Əsas səbəblərdən biri NATO, NATO-nun genişlənməsi idi. Eləcə də bir sıra digər səbəblər”, – Qaribaşvili deyib. “Spekulyasiya etmək istəmirəm. Rusiya hökumətinin bəyanatlarına da istinad etmək istəmirəm. Amma […]
Azərbaycan, Rusiya və Ermənistanın Baş nazir müavinləri bu məsələni müzakirə edəcək – Özəl
Ermənistan hökumət başçısının müavini Mger Qriqoryan Azərbaycan və Rusiyadan olan həmkarları ilə bu həftə keçirilməsi planlaşdırılan görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb. Aktualtv.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında kommunikasiyaların açılmasına dair fikir mübadiləsinin aparılacağını və bunun da gündəlikdə yeganə məsələnin olduğunu deyib. Qeyd edək ki, daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk belə […]
Aİ rəsmisi müharibə ilə bağlı nikbin düşünmür – Özəl
“Rusiyanın yalnız Ukraynadakı müharibədə qalib gələcəyi təqdirdə danışıqlara hazır olacağına inanırıq.” Aktualtv.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İspaniyanın Barselona şəhərində keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi daha da gərginləşəcək. O, yayda baş verəcək toqquşmalardan narahat olduğunu və bu barədə […]
“Bu addım Rusiyaya qarşı müharibənin başlanğıcıdır” – Özəl
Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Aktualtv.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, Rusiya ilə münaqişə yaranarsa, o zaman Tbilisi Moskva ilə üz-üzə qalacaq.Bu səbəbdən Gürcüstan tərəfi anti-Rusiya sanksiyalarına qoşulmaq istəmir, çünki sanksiyalar Rusiyaya qarşı müharibənin başlanğıcıdır. Papuaşvili qeyd edib ki, o, bu fikri heç kimin döyüşmək fikrində olmadığı Ukraynadakı vəziyyətə əsasən […]
Bayden Ərdoğanla danışdı – “F-16” məsələsi – Özəl
ABŞ Prezidenti Co Bayden Ərdoğanla İsveçin NATO-ya daxil olması, Ankaranın Amerikanın F-16 qırıcılarını alması məsələsini müzakirə edib. Aktualtv.az xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, məsləhətləşmələri gələn həftə davam etdirəcəklər. Bayden həmçinin, Ərdoğanı yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə təbrik də edib. Büllur Məmmədova / aktualtv.az
Bu ölkə BRİKS təşkilatına qoşulmaqda maraqlıdır – Özəl
Venezuela Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS təşkilatına qoşulmaqda maraqlıdır. Aktualtv.az xəbər verir ki, bu sözləri Latın Amerikası ölkəsinin prezidenti Nikolas Maduro braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə birgə mətbuat konfransında deyib. Maduronun sözlərinə görə, BRİKS Cənubi Amerika ölkələrinin konsolidasiyasına kömək edə bilər. O vurğulayıb ki, assosiasiya sülh və əməkdaşlıq […]
Yaponiya Rusiyaya sanksiya tətbiq edəcək – Özəl
Yaponiya Böyük yeddilik liderlərinin Moskvanın Ukraynaya müdaxiləsini cəzalandırmaq üçün tədbirləri gücləndirmək qərarından sonra Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib. Aktualtv.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin katibi Hirokazu Matsuno mətbuat konfransında jurnalistlərə açıqlamasında məlumat verib. O, həmçinin Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək addımını pisləyərək, bunun Ukraynanın işğalı ətrafında vəziyyəti daha da […]
Donald Tramp “rəqibini” lağa qoydu – Özəl
Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp Florida qubernatoru və prezidentliyə namizəd Ron DeSantisi lağa qoyub və onu “DeSanctimonious” (“DeSank-ti-mOnious”) adlandırıb. Aktualtv.az xəbər verir ki, Trampın sözlərinə görə, Ron qubernatoruluq uğrunda səsvermədə onun sayəsində qalib gəlib: “Ron 2017-ci ilin dekabrında Florida Qubernatoru üçün partiyanın ilkin seçkilərində 5 faiz səs topladı- beş faiz. DeSantisin praktiki olaraq heç […]
“Nə qədər ki, Zelenski hakimiyyətdədir bu, olmayacaq” – Dmitri Medvedev – Özəl
“Nə qədər ki, Ukraynada Prezident Volodimir Zelenski hakimiyyətdədir, danışıqlar mümkün deyil”. Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev deyib. O bildirib ki, danışıqlar qaçılmazdır. Lakin nə qədər ki, Zelenski hakimiyyətdədir bu, olmayacaq. Medvedev, həmçinin münaqişənin onilliklər boyu davam edə biləcəyini də diqqətə çatdırıb. Səbinə Kərimova […]
Yaxın gələcəkdə sülh müqaviləsinin bağlanması mümkündür, lakin… – Kreml – Özəl
Mövcud şərait yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının mümkünlüyünə ümid etməyə imkan verir, lakin əsas məsələ zaman deyil, bütün məsələlərin yekun həllidir. Aktualtv.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri tərəflər arasında məsələləri müzakirə etmək üçün […]