Fransa müstəmləkələrindən əl çəkmir: Makron və xanımı Mərakeşə “qarmaq atır” – ŞƏRH

Yarıtmaz idarəçilik, xarici və daxili siyasətdə uğursuzluqlar Fransa prezidenti Emmanuel Makronun reytinqinə təsirsiz ötüşmür. Ölkənin ictimai rəy institutunun sorğusunun nəticələrindən bəlli olub ki, respondentlərin 78%-i Makronun fəaliyyətindən narazıdır. Onun işini sorğuda iştirak edənlərin yalnız 22%-i müsbət qiymətləndirir. Fransızlar yeni baş nazir Mişel Barnyenin işindən də narazıdırlar. Respondentlərin sadəcə 40%-i onu dəstəkləyir, 60% onun fəaliyyətini bəyənmir. […]

İlham Əliyev bu sazişi təsdiqlədi

Azərbaycanla Moldova arasında readmissiya haqqında saziş təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiq edib.

Yağışlı hava şəraiti ilə bağlı Bakı yollarında sıxlıq yaranıb – SİYAHI

Hazırda yağışlı hava şəraiti ilə əlaqədar Bakının bir sıra yollarında sıxlıq yaranıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, hazırda yollardakı vəziyyət: 1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə […]

BMT-nin tədbirini qaralamaq cəhdləri – COP29-la Azərbaycana təzyiqlər – ŞƏRH

BMT-nin İqlim Dəyişikliyi üzrə Bakı konfransının başlamasına üç həftə qalıb. Bu tədbir 29-cu dəfə keçirildiyi üçün COP29 adlanır. 1992-ci ildə üzv ölkələr Təşkilatın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha da fəal tədbirlər həyata keçirilməsi üçün əsas olacağını təsdiq ediblər. Yenixeber.org: Ötən il COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilib. 2023-cü il dekabrın 11-də […]

Naxçıvan Ali Məclisinin iclası keçirilib

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin iclası keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, oktyabrın 21-də Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yerli parlamentin payız sessiyasında növbəti plenar iclası baş tutub. İclasda “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” və “Normativ hüquqi aktlar haqqında” muxtar respublika qanunlarında dəyişiklik edilməsi barədə layihələr […]

Moldovada prezident seçkisi ikinci tura qaldı

Moldovada namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalacaq. Bunu Moldova Mərkəzi Seçki Komissiyasının sədri Angelika Karaman deyib. “İlkin məlumatlar göstərir ki, 11 namizəddən heç biri seçkilərdə iştirak edən seçicilərin 50%-dən çox səsini toplaya bilməyib. Müvafiq olaraq, iki həftə ərzində seçkilərin ikinci turu təşkil olunacaq”, – Karaman bildirib. Onun […]

Kəlbəcərə dolu düşdü

Kəlbəcərə dolu düşüb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 21-i saat 10:50-10:53 radələrində Kəlbəcər rayon mərkəzinə diametri 7-8 mm olan dolu düşüb.

Bu sürücülər 100 manat cərimə ediləcək – Xəbərdarlıq

Paytaxt yollarında bəzi sürücülər sanki svetoforun qırmızı işığının tələbinə məhəl qoymurlar. Həm qayda pozuntusuna yol verirlər, həm də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurlar. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, NİİM-in müşahidə kameralarının qeydə aldığı bu qəzalar sürücülərin svetoforun qırmızı işığında keçməsi səbəbindən baş verib. Bəzən ölüm […]

Van Dammın Qəbələdəki heykəli götürüldü

Dünyaşöhrətli amerikalı aktyor Jan Klod Van Dammın Qəbələ rayonunun Vəndam kəndindəki heykəli götürülüb. Bu barədə məlumatı “İqtisadiyyat.az”a kəndin bələdiyyə sədri Asif Həşimov təsdiqləyib. Onun sözlərinə görə, heykəlin götürülməsi yol çəkilişi ilə əlaqədardır: “Respublika əhəmiyyətli yolun tikintisi ilə əlaqədar olaraq, heykəl oradan götürülüb. Çünki abidə yolun qoruma zolağında yerləşirdi. Buna görə də həmin ərazidən götürülüb və […]