Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun məhkəməsi başlayıb. Aktualtv.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs vəsatət verərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına köçürülməsini məhkəmədən xahiş edib. Vəsatət […]
Bakı bu günə də tıxacla başladı – Siyahı
Bakının bir sıra yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metrostansiyası istiqamətində; 2. Babək prospekti, mərkəz istiqamətində; 3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər); 4. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 5. […]
Hizbullah açıqladı: Bərpa olunduq və yenidən…
Hizbullah rəhbərliyində olan əsas şəxslərin ölümündən sonra təşkilat bərpa olunmağı və idarəetməni qurmağı bacarıb. Bu barədə Hizbullahın baş katibinin müavin Naim Qasem deyib. “Bərpa olunduq və idarəetməni qurduq. Boş vəzifələr yoxdur. Hər vəzifəyə əvəzetmə üçün namizəd mövcuddur”, – deyə o bildirib.
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin növbəti plenar iclası oktyabrın 18-də keçiriləcək.İclasın gündəliyinə 15 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun […]
Tanınmış fəal Kemi Seba Parisdə saxlanılıb
Fransa polisi Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanı Parisdə həbs edib. Bu barədə Türkiyənin TRT telekanalı yerli KİV-ə istinadən məlumat yayıb. Məlumata görə, K.Seba dünən restoranda həmkarlarından biri ilə nahar edərkən saxlanılıb. Fransa bu məsələ ilə bağlı münasibət bildirməyib. Qeyd edək ki, K.Seba Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən […]
Enerji doldurucuları ƏDV-dən daha 2 il azad olundu
Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılıb. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının […]
Temperatur 4-7° enəcək – Xəbərdarlıq
Sabaha gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Oktyabrın 16-sı axşamdan 20-si gündüzədək Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan […]
“3+3”ün Türkiyədəki iclasının tarixi açıqlandı
“3+3” regional platformasının növbəti iclası oktyabrın 18-də İstanbulda keçiriləcək. Bu barədə məlumatı Ankarada mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb. “İclasda bizə Azərbaycan, Ermənistan, Rusiya və İranın XİN rəhbərləri qoşulacaq”, – deyə Hakan Fidan qeyd edib. Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqaz regionu ölkələrinin və onların qonşularının (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və […]
Milli Məclisdə “Minatəmizləmə haqqında” qanun layihəsi müzakirə olunacaq
Milli Məclisdə “Minatəmizləmə haqqında” qanun layihəsi müzakirə olunacaq. Layihə sabah Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, qanun layihəsi 3 fəsil, 14 maddədən ibarətdir.
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür
Görkəmli dövlət xadimi, xalqımızın yeni əsrdə yeni lideri İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü il oktyabrın 15-də xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni uğurlu bir mərhələ başlandı.1993-cü ildə Ulu Öndər Heydər Əliyev ölkəmizin siyasi rəhbərliyinə qayıdandan […]