Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Bu gün paytaxtın Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.
Onlar direktor müavini təyin olundu
Kolleclərə direktor müavinləri təyin olunub. Təyinatlarla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müvafiq əmrlər imzalanıb. Əmrlərə əsasən, Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Qeyd edək ki, Nərmin Hətəmova 2013-2022-ci illərdə müxtəlif […]
Meydandan qovulan Mahir – “Tənqidə açığam”
Xəbər verdiyimiz kimi, UEFA Millətlər Liqasında Azərbaycan millisi Bakıda Slovakiyaya 1:3 hesabı ilə məğlub olub. Aktualtv.az xəbər verir ki, qarşılaşmanın 71-ci dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq meydandan qovulub və millimizi azlıqda qoyub. Hücumçu sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb: “Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən sevgisini, […]
Naxçıvana yük maşınlarının girişi məhdudlaşdırıldı – Video
Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb. Bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb. Qeyd edək ki, şəhərdaxili hərəkəti qadağan etmək üçün icazə verilən maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur. Ətraflı “Naxçıvan TV”nin videomaterialında:
Vatsapda vaxtınıza qənaət etməyə kömək edəcək yeni funksiya
Vatsap sosial şəbəkəsində vaxtınıza qənaət etməyə kömək edəcək daha bir faydalı funksiya olacaq. Bu barədə “WABetaInfo” portalı məlumat yayıb. Portal mütəxəssislərinin fikrincə, vatsap sürətləndirilmiş rejimdə videolara baxmaq imkanı əlavə edəcək. İstifadəçilər videonun oxudulmasını 1,5 və ya 2 dəfə sürətləndirə biləcəklər. Yenilik vatsapın beta versiyasında iOS cihazları üçün 24.20.78 nömrəsi altında aşkar edilib. Onun bütün sosial […]
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Səbail rayonu, Bayıl qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 15.10.2024-cü il saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, […]
Nazirlikdən müəllimlərə XƏBƏRDARLIQ
“Valideynlərin əlavə resurslar almağa məcbur edilməsi faktları valideyn iclaslarında məktəb rəhbərliyi ilə müzakirə edilməlidir”. Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət […]
Pezeşkian Şahin Mustafayevi qəbul etdi – Fotolar
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib. Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı İranın “Mehr” agentliyi yayıb. İran prezidenti İslam ölkələri arasında münasibətlərin gələcək inkişafına töhfə verəcək bütün layihələri alqışladıqlarını vurğulayıb. Bununla yanaşı, o, Tehran və Bakı arasında razılaşmaların icrasının sürətləndirilməsinə çağırış edib. Bildirilib ki, Şahin Mustafayev öz növbəsində […]
Bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edildi – Sərəncam
Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, apellyasiya instansiyası məhkəmələri üzrə yeni təyinatlar belədir: Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilib. Zaur […]
Növbəti 2 gün hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 15-16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var: “Gün ərzində cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 17-21 dərəcə isti olacaq”. […]