Azərbaycanın yeni diplomatik prioriteti – Türk Dövlətləri Təşkilatı – ANALİZ
Avrasiyanın mərkəzində dərin diplomatik vəziyyət geosiyasi mənzərəni yenidən formalaşdırır. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli ölkələr arasında daha sıx əlaqələri gücləndirmək məqsədi daşıyan strateji təşəbbüsə rəhbərlik edir. Türk Dövlətləri Təşkilatı (TDT) ətrafında cərəyan edən bu təşəbbüs təkcə regional əməkdaşlıq deyil, vahid türk dünyasını yaratmaq üçün uzaqgörən səydir. 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan TDT […]
Azərbaycan idmançılarının reytinq cədvəli – Hidayət birincidir
Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının yeni reytinq cədvəlini açıqlayıb. Fransanın paytaxtı Parisdə təşkil olunan yay Olimpiya Oyunlarının qalibi olmuş cüdoçu Hidayət Heydərov 590 xalla ilk pillədə yer alıb. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (500 xal) ikinci, Paris-2024-ün digər qalibi Zelim Kotsoyev isə 470 xalla üçüncüdür. Qeyd edək ki, sıralamaya uyğun olaraq ilk “10-luq”da […]
“Bir sıra güc mərkəzləri gərginliyin artmasında maraqlıdır”
“Azərbaycan postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır”. Aktualtv.az xəbər verir ki, bu bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib. Ə.Nağıyev bildirib ki, buna baxmayaraq dünyadakı bir sıra güc mərkəzləri hazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanı […]
“Bu məsələdə ikili standartlarla üzləşirik” – Prezidentin müraciəti
Bu gün Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb. Prezident İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın […]
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı
Azərbaycanda konstitusiya quruluşunun əleyhinə olan cinayətlər törətməkdə ittiham olunan Emin Qasımzadənin məhkəməsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilənin şəxsi məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib. İndiki mərhələdə müdafiə tərəfi hər hansı vəsatətlə çıxış etməyib. Sədrlik edən hakim Əli Məmmədovun qərarı ilə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən iş məhkəmə baxışına təyin edilib. 38 yaşlı Emin […]
Hindistanda özəl helikopter qəzaya uğrayıb, ölənlər var
Hindistanın Mumbay şəhərindən uçan şəxsi helikopter ölkənin qərbində Pune şəhəri yaxınlığında qəzaya uğrayıb. Bu barədə Hindistan Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb. “Heritage Aviation” şirkətinin Vt-EVV qeydiyyat nömrəsi olan “Agusta 109” helikopteri qəzaya uğrayıb. Hava gəmisində iki pilot və bir texnik olub. Sərnişinlər olmayıb”, – İdarədən bildirilib. Helikopterdəkilərin hamısı həlak olub. Hadisənin başvermə şəraiti araşdırılır. […]
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Babək prospekti, mərkəz istiqamətində; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. […]
KİV: İsrail İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər
İranın nüvə obyektlərinə zərbə endirilməsi İsrailin öz ərazisini qarşı tərəfdən raketlərlə atəşə tutulmasına cavab ola bilər. Britaniyanın həftəlik “The Economist” və “Sky News” telekanalı hadisələrin belə ssenarini mümkün hesab edir. “Əvvəllər İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin generallarını İrana zərbənin strateji əhəmiyyətinə inandırmağa çalışsa da, bu, uğursuz alınıb. Bu gün o, bəlkə də generallara belə […]
Netanyahu vətəndaşlarına çağırış etdi
İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına müraciət edib. Netanyahu vətəndaşları bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar daxili cəbhə xidmətinin göstərişlərinə əməl etməyə çağırıb. “İsrail vətəndaşları, İranın şər oxuna qarşı kampaniya tam sürətlə davam edir… Sizdən xahiş edirəm ön cəbhə komandanlığının göstərişlərinə ciddi əməl edin, bu, həyatınızı xilas edəcək”, – o bildirib. O, həmçinin vurğulayıb ki, […]
Prezident Fərman imzaladı
“Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib. Akualtv.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Dəyişikliyə əsasən, Nizamnamənin 2.1-ci bəndinə “vətəndaşların” sözündən sonra “və xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilib. Sözügedən bənd Fondun fəaliyyətinin məqsədini izah edir. Belə ki, Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına […]