Deputatlara vəsiqələri verildi

Xəbər verdiyimiz kimi, bu gün VII çağırış Milli Məclisinin payız sessiyasının ilk iclası keçirilir.  İclasda deputatlara vəsiqələri verilib.  Vəsiqələri parlamentarilərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov təqdim edib.  

2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi

Göygöldə 2 yaşlı uşağa müxtəlifdərəcəli xəsarətlər yetirən Şirin Qasımov məhkəmə qarşısına çıxarılıb. Göygöl Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bir neçə gün əvvəl Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər. Bu zaman […]

Prezident Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bu kolleclərdə yeni təyinatlar – Foto

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Elza Qurbanova Ağdaş Dövlət Humanitar Kollecinə, Firuzə Fərmanlı isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, Elza Qurbanova 2011-2015-ci illərdə […]

8-ci mərtəbədən yıxılan 12 yaşlı qız öldü

Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız xəstəxanada dünyasını dəyişib. 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə olunduğu klinikada vəfat edib. Xatırladaq ki, hadisə sentyabrın 28-də baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılmışdı.

Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilir

Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçirilir. Sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək. BİFH siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri […]

Mədə kiçiltmə əməliyyatı oldu: 1 həftə sonra öldü

Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb. Sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədə kiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini, 1993-cü il təcəllüdlü G.Bayramova sentyabrın 28-i dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Ukrayna müharibəsi belə bitəcək – Amerikalı senator

ABŞ-da respublikaçı senator Marko Rubio prezidentliyə namizəd Donald Trampı müdafiə edərək bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Kiyevin qələbəsi ilə deyil, danışıqlarla bitməlidir. Bu barədə “Politiko” nəşri məlumat yayıb. “Reallıq ondan ibarətdir ki, Ukraynadakı müharibə danışıqlar yolu ilə başa çatacaq, Donald Tramp Kiyevin bu danışıqlarda daha çox təsir rıçaqına malik olmasını istəyir”, – deyə Rubio […]

Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi

Prezident İlham Əliyev “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nı təsdiq edib. Dövlət başçısı bununla bağlı yeni Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmanın elektronlaşdırılmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər […]