Moldovada RİA “Novosti” saytına giriş bloklanıb
Moldovada RİA “Novosti” saytına giriş bloklanıb. Bloklama qərarı Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş arzuolunmaz Rusiya KİV-nin siyahısını genişləndirmək çərçivəsində qəbul edilib. Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi ABŞ-nin RT və “Rossiya Seqodnya” xəbər agentliyinə qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib. RİA “Novosti” xəbər agentliyinin resurslarının bloklanması ilə bağlı hələlik rəsmi şərh verilməyib.(APA)
UEFA Avropa Liqası: “Qarabağ” bu gün İngiltərədə “Tottenhem”lə üz-üzə gələcək
“Qarabağ” bu gün UEFA Avropa Liqasında İngiltərənin “Tottenhem” klubu ilə üz-üzə gələcək. Liqa mərhələsinin I turunun matçı Londonda keçiriləcək. “Tottenhem” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edəcək. UEFA Avropa Liqası Liqa mərhələsi, I tur 26 sentyabr 23:00. “Tottenhem” (İngiltərə) – “Qarabağ” Baş hakim: Villi Delajo (Fransa). […]
Bakının bir sıra yollarında tıxac müşahidə edilir
Bakının bir sıra yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. […]
Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Qaradağ rayonundakı “Sahil QTM”-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 26.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Nazir: Rusiya tərəvəz sortları və hibridlərinin yaradılmasında Azərbaycanla əməkdaşlıq edir
Rusiya tərəvəz sortları və hibridlərinin yaradılması məsələsində Azərbaycanla əməkdaşlıq edir. Bunu Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut deyib. “Hazırda biz Rusiyanın tərəvəz sortları və hibridlərinin yaradılması üzrə birgə elmi işlərlə bağlı Azərbaycanla qarşılıqlı fəaliyyətə başlamışıq. Burada müsbət tendensiyalar yarandıqdan sonra istehsalçılarımız üçün preferensiyaların tətbiq edilməsi məqsədilə bu bazarı məhdudlaşdıracağıq”, – o qeyd edib.
Sentyabr ayının bütün ödənişləri yekunlaşdı
Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib. Bu barədə Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, bundan əvvəl – sentyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 20-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya […]
Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək
Oktyabrın 4-də ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək. Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşacaq. Əsas məqsəd təhsildə […]
Ərdoğanın Paşinyana məsləhəti: kitab oxumaq – ŞƏRH
BMT dünya dövləti rolunu oynaya bilər. Təşkilatın Baş Assambleyasının 79-cu sessiyasında dövlət, hökumət başçıları, XİN rəhbərləri və ölkələrin başqa yüksək vəzifəli rəsmilərinin bir-biri ilə görüşləri, çıxışları bunu təsdiqləyir. Aktualtv.az: Müxtəlif dövlətlərin başçıları BMT-də islahatlarının aparılmasını təklif edib. Hətta, bu istiqamətdə tənqidi məqalələr və kitablar belə yazılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Daha ədalətli bir dünya […]
Qəzzada ölən fələstinlilərin sayı 41 mini ötüb
İsrailin endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 495 nəfərə çatıb. Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Ümumilikdə 96 mindən çox insan zərər çəkib. Yalnız son sutkada 28 nəfər ölüb, 85 nəfər yaralanıb. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu […]
Azərbaycanın aldığı yeni qırıcıların üstünlükləri nələrdir? – Fotolar
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Bu təyyarələr Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq istehsal edilib. JF-17C (Block-III) birmühərrikli və çoxməqsədli döyüş […]