Azərbaycanın aldığı yeni qırıcıların üstünlükləri nələrdir? – Fotolar
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Bu təyyarələr Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq istehsal edilib. JF-17C (Block-III) birmühərrikli və çoxməqsədli döyüş […]
Sabahın havası açıqlandı
Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata yayıb, Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın […]
DSX-nin baş giziri restoranda öldürülmüşdü – Bu cəza verildi
Restoranda bir nəfəri öldürməkdə, digərinə xəsarət yetirməkdə ittiham olunan Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Orxan Zeynalov 19 il, İlqar Abdurrahmanov isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki müttəhim cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. […]
“30-dan çox ölkənin baş prokuroru Bakıdakı konfransda toplaşacaq”
“95 ölkədən 500-ə yaxın prokuror paytaxtda təşkil olunan konfransda iştirak edəcək”. Bunu baş prokurorun müavini Heydər Məmmədov mediaya müsahibəsində bildirib. O bildirib ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı – Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında İllik Konfransı və Ümumi Yığıncağı dünyanın müxtəlif ən […]
Prezidentə JF-17C təyyarələri təqdim olundu
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Tələbə qız vəfat etdi – Foto
Bakı Qızlar Universitetinin tələbəsi vəfat edib. Bu barədə “Azərbaycan tələbələri” feysbuk səhifəsi məlumat yayıb. M. Rəsulzadə universitetin Məktəbəqədər təhsil ixtisasının II kurs tələbəsi olub. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.
Neftimiz bahalaşdı
Dünya bazarında Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,11 % artaraq 78,21 ABŞ dolları təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bu yollarda tıxac var – Siyahı
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edirik: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Mikayıl Useynov prospekti, Bayraq Meydanının […]
“Hizbullah”ın daha bir komandiri öldürüldü
İsrail Hərbi Hava Qüvvələrinin Beyruta raket zərbəsi endirməsi nəticəsində “Hizbullah” hərəkatının raket qüvvələrinin komandiri İbrahim əl-Qubaisi məhv edilib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Onunla birlikdə bu terror təşkilatının raket birləşmələrinin digər aparıcı liderləri də hücuma məruz qalıb”, – açıqlamada qeyd olunub. Qeyd edək ki, bir neçə gün öncə “Hizbullah” hərəkatının silahlı […]
İsrail Beyruta yenidən zərbə endirib, ölən və yaralananlar var – YENİLƏNİB
İsrailin Livan paytaxtının cənubuna endirdiyi hava zərbəsi nəticəsində 5 nəfər ölüb. Bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, bundan əlavə, 11 nəfər yaralanıb. 16:48 İsrail Silahlı Qüvvələri Livanın paytaxtına hədəfli zərbə endirib. Bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib. Qeyd edilib ki, İsrail Beyruta hədəfli zərbə endirib. “The Times of Israel” Livan KİV-ə istinadən […]