Livanda rabitə cihazları partlayır – 3 ölü, 100 yaralı
Livanda yenidən partlayışlar baş verib. Bu barədə “Al Hadath” məlumat yayıb. “Hizbullah hərəkatının üzvlərinin istifadə etdiyi rabitə cihazları partlayıb”, – məlumatda qeyd olunub. Bildirilir ki, Livanın müxtəlif ərazilərində baş verən partlayışlarda təxminən 100 nəfər yaralanıb. Livan mediası yazır ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil radiolarıdır. Partlayışlar yaşayış binalarında və mobil […]
Kişilər rus qadınlarının bu sirrini aça bilmir – Putin
Rus qadınları Rusiyanın ruhunu, gözəlliyini ortaya qoyur. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rus qadınları peşəkar nailiyyətləri və ailəni necə birləşdirəcəyini bilirlər, bu, kişilər üçün mümkün olmayan bir sirrdir”, – Putin bildirib.
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaratdı
Estoniya ölkənin cənubunda Rusiya ilə sərhədin yaxınlığında yeni hərbi baza yaradıb. “Reedo” bazası 14 tikilidən ibarətdir. Yuba kəndində yerləşən bu bazaya min nəfərə qədər şəxsi heyət yerləşdirməyin mümkün olduğu qeyd olunub. “ERR” qeyd edib ki, baza NATO-nun müdafiə planlarına uyğun olaraq hazırlıqlar üçün toplanma nöqtəsi kimi istifadə ediləcək.
Mahir Emreli ən azı yarım saat oynayacaq” – Miroslav Kloze
Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan yığmasının üzvü Mahir Emrelidən danışıb. O, millimizin forvardının ən azı yarım saat meydana çıxa biləcəyini deyib: “Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynaya biləcək. Mahirin əvvəldən oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu, onun üçün erkən ola bilər”. Qeyd edək ki, Mahir Emreli bu yay “Nürnberq”ə Zaqreb “Dinamo”sundan […]
Azərbaycanda inflyasiyanı artıracaq risklər – Açıqlandı
Azərbaycanda inflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. Məlumata görə, avqust-sentyabr aylarında illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2%) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3,5 %, ərzaq malları üzrə inflyasiya 3 %, qeyri-ərzaq malları üzrə 1,8 %, xidmətlər üzrə 5,6 % təşkil edib. […]
Sabah Bakıda yağış yağacaq
Sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək […]
İş və istirahət günlərinin yerləri dəyişdirildi
Ölkədə iş və istirahət günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Tələbə kartları nə vaxt veriləcək? – Rəsmi
Tələbələrə nəqliyyatda güzəştlərin edilməsi ilə bağlı müəyyən qurumlara sorğular ünvanlanıb, danışıqlar aparılır. Bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. “Amma hələ qəti bir nəticə yoxdur deyə, sırf nəqliyyatla bağlı nəsə demək tezdir. Onu demək olar ki, 150 min vahid tələbə kartı artıq sifariş verilib, universitetlərlə müqavilələr imzalanır, bu proses davam edir. Təxminən oktyabr ayının ortalarında […]
Hər iki komandamız Qazaxıstana qarşı
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gələcəklər. Hər iki görüş VII turda baş tutacaq. 6 turdan sonra 10 xal toplayan qadınlardan ibarət komanda 10-cu yerdədir. Hindistan 12 xalla liderdir. Gürcüstan və Polşanın hərəyə 11 xalı var. Milli daha öncə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya […]
Peycerlərə əvvəldən partlayıcı yerləşdirilib?
Livanın paytaxtı Beyrutda anidən partlayan peycerlərə daha əvvəldən 20 qrama qədər partlayıcı yerləşdirilib. Bu barədə məlumatı Livanın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən “Əl-Cəzirə” telekanalı yayıb. Bildirilib ki, partlayan peycerlər 5 ay əvvəl Livana idxal edilib. Hazırda ölkənin xüsusi xidmət orqanları partlayıcının necə aktivləşdirilməsi ilə bağlı bir neçə versiyanı araşdırır. “The New York Times” qəzeti isə amerikalı […]