Tələbə kartları nə vaxt veriləcək? – Rəsmi

Tələbələrə nəqliyyatda güzəştlərin edilməsi ilə bağlı müəyyən qurumlara sorğular ünvanlanıb, danışıqlar aparılır. Bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. “Amma hələ qəti bir nəticə yoxdur deyə, sırf nəqliyyatla bağlı nəsə demək tezdir. Onu demək olar ki, 150 min vahid tələbə kartı artıq sifariş verilib, universitetlərlə müqavilələr imzalanır, bu proses davam edir. Təxminən oktyabr ayının ortalarında […]

Hər iki komandamız Qazaxıstana qarşı

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında Qazaxıstanla üz-üzə gələcəklər.  Hər iki görüş VII turda baş tutacaq. 6 turdan sonra 10 xal toplayan qadınlardan ibarət komanda 10-cu yerdədir. Hindistan 12 xalla liderdir. Gürcüstan və Polşanın hərəyə 11 xalı var. Milli daha öncə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya […]

Peycerlərə əvvəldən partlayıcı yerləşdirilib?

Livanın paytaxtı Beyrutda anidən partlayan peycerlərə daha əvvəldən 20 qrama qədər partlayıcı yerləşdirilib. Bu barədə məlumatı Livanın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən “Əl-Cəzirə” telekanalı yayıb.  Bildirilib ki, partlayan peycerlər 5 ay əvvəl Livana idxal edilib. Hazırda ölkənin xüsusi xidmət orqanları partlayıcının necə aktivləşdirilməsi ilə bağlı bir neçə versiyanı araşdırır.  “The New York Times” qəzeti isə amerikalı […]

İran səfiri partlayışda gözünü itirib

Xəbər verdiyimiz kimi, İranın Livandakı səfiri Müctəba Əmani Beyrutda peycerlərin partlaması nəticəsində xəsarət alıb.  The New York Times-ın məlumatına görə, səfir hadisə nəticəsində bir gözünü itirib, digər gözündən isə ciddi xəsarət alıb. İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) nümayəndələrinin verdiyi məlumata görə, Əmaninin vəziyyəti ilk olaraq açıqlanandan fərqli olaraq daha ciddidir. Bildirilib ki, o, müalicə […]

Manatın məzənnəsi sabit qalacaq – Rəsmi

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025-2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülüb. Bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib. Qeyd edilib ki, proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata […]

2 milyona yaxın qazanan da var, 1 milyon da…

Məlum olduğu kimi, Türkiyədə ən çox izlənilən seriallar bu aydan ekranlara dönüb. Yeni mövsümdə isə baş qəhrəmanların qazancları müzakirə mövzusudur. Ən çox qonorar alanlar arasında Kıvanç Tatlıtuğ, Afra Saraçoğlu, Özcan Dəniz və Demet Evqarın da adları hallanır. Tanınmış aktyorların hər bölüm üçün alacaqları məbləği təqdim edirik: Demet Evqar: hər bölümə görə 1 milyon 200 min […]

Prezidentin görüşündə o incə detal – Foto

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib. Rəsmi görüşün görüntülərində maraqlı məqam ortaya çıxıb. Belə ki, həm dövlət başçısının, həm də səfirin masasında Kəlbəcər rayonunda istehsal olunan “İstisu” mineral suyu da yer alıb. Rəsmi qəbullarda bu brendin yer alması […]

Pensiyalar bu tarixdə tam ödəniləcək

Sentyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Prezident bu rayonların icra başçılarını dəyişdi

Prezident İlham Əliyev Hacıqabul və Salyan rayonlarının icra başçılarını dəyişib. Bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Salyana, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hacağa oğlu Hətəmov isə vəzifəsindən azad edilərək, Hacıqabul rayonuna başçı təyin edilib.

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib – EKSKLÜZİV

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib. “Report”un əldə etdiyi məlumata görə, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd […]