10 noyabr bəyanatının IX bəndi: Kremllə Tehran qəti qərar verdi

9 (10) noyabr bəyanatının 9-cu bəndi həyata keçiriləcək, Rusiya və İranın mövqeyi qətidir, belə olacaq. Aktualtv.az xəbər verir ki, bu sözləri beynəlxalq məsələlər üzrə mütəxəssis Qriqori Balasanyan erməni mediasına deyib. Onun fikrincə, Rusiya və İran Azərbaycandan “Zəngəzur dəhlizi” ideyasının müvəqqəti olaraq gündəmdən düşdüyünə dair zəmanət alıblar və indi kommunikasiyaların açılıb-açılmayacağı Ermənistandan asılıdır: “Üstəlik, Ermənistan ciddi […]

Formula 1 üzrə birinci sərbəst yürüş başladı

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinə start verilib. Birinci sərbəst yürüş saat 13:30-da başlayıb. Bu gün “Formula 1″də ikinci test yürüşü, “Formula 2″də isə sıralama turu gerçəkləşəcək. “Formula 2″də sərbəst yürüşdə ən yaxşı nəticəni “Van Amersfoort Racing”dən Entso Fittipaldi göstərib. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Narinin atası: Yoldaşımla qardaşım arasında…

Diyarbəkirdə Narin Güran cinayəti ilə əlaqədar aparılan istintaq çərçivəsində sərbəst buraxılan Arif Güran qızının öldürülməsində əli olan hər kəsin cəzalandırılmasını tələb edib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Övladının itkin düşdüyünü qonşusundan öyrəndiyini deyən Arif Güran həyat yoldaşı və qardaşı da daxil olmaqla, cinayətdə iştirak edənlərin cəzalandırılmasını istəyib: “Narin qardaşımın maşınına 1 dəfə oturub. Onda […]

“Formula” başladı, bu yollar tam bağlandı – Siyahı

Bu gündən – 13 sentyabr tarixindən “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024” start götürüb. Bakı şəhər trekində keçirilən və əsas yarışları 15 sentyabrda baş tutacaq Qran Pri ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra əsas yollarında hərəkət tamamilə məhdudlaşdırılıb. Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər […]

Bakıda Formula-2 pilotu qəza törətdi

“Campos Racing” komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib. Sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb. Nəticədə qırmızı bayraq qaldırılıb. Bakıda keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib. “MP Motorsport” komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid baryerə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb. Qeyd […]

Azərbaycan Qran-prisi: Bakıda “Formula 2” yarışına start verilib

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinə start verilib. Sərbəst yürüş saat 11:00-da başlayıb. Bu gün “Formula 1″də iki test yürüşü, “Formula 2″də isə sıralama turu da gerçəkləşəcək. Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Böyük Qafqazın bəzi yerlərinə leysan, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bəzi dağlıq və dağətəyi rayonlarda isə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağıb. Düşən yağıntının miqdarı: […]

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft yenidən bahalaşıb. “Brent” markalı neftin bir barreli 72,29 dollara, yüngül neftin bir barreli isə 69,32 dollara satılır.

Ronaldonun izləyici sayı 1 milyardı ötdü

Portuqaliya millisi və “Əl Nəsr” klubunun hücumçusu Kristiano Ronaldonun sosial şəbəkələrdə izləyici sayı 1 milyardı ötüb. Bu barədə futbolçu özünün İnstaqram səhifəsində məlumat yayıb. Ronaldo qeyd edib ki, onun İnstaqram səhifəsində 639 milyondan çox, Feysbukda 170 milyondan çox, X-da 113 milyondan çox, Yutubda 60.5 milyon, Kuayşuda 9.3 milyondan çox, Veyboda 7.5 milyondan çox izləyicisi var. […]

Narinin anası və qardaşı haqda həbs qərarı verildi

Türkiyənin Diyarbəkir şəhərində qətlə yetirilən 8 yaşlı Narin Güranın cinayəti ilə bağlı 8 nəfər barəsində həbs qərarı verilib. Bu barədə “Milliyet” məlumat yayıb. Bildirilib ki, həbs edilənlər arasında azyaşlının anası Yüksel Güran, 18 yaşlı qardaşı Enes, əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kaya, […]