ABŞ İrana xəbərdarlıq etdi: Rusiyaya ballistik raketlər vermək…

ABŞ prezidenti Co Baydenin administrasiyası bəyan edib ki, İranın Rusiyaya mümkün ballistik raketlər təhvil verməsi Tehranın Kremlin Ukraynaya qarşı hərbi təcavüzünə dəstəyinin “dramatik eskalasiyası” anlamına gələcək. “Reuters”in məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet bildirib. Amerika rəsmisi qeyd edib ki, ABŞ Ukraynaya genişmiqyaslı işğalın əvvəlindən Rusiya Federasiyası ilə İran arasında […]

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb. “Report”un məlumatına görə, idmançı bu dəfə 400 metr məsafəyə qaçışda gümüş mükafat əldə edib. O, finiş xəttini 55,09 saniyəyə keçib. Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal əldə etmişdi.

Sabah ölkə ərazisində 34 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bölgələrdə isə 34 dərəcə isti olacağı gözlənilir.  Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə […]

Bakıda evdə partlayış olub, xəsarət alan var

Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi […]

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd […]

Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Bakının bir sıra küçə və prospektlərində sentyabrın yeddisi saat 22:00-dan sentyabrın səkkizi saat 03:00-dək nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcək. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi birgə məlumat yayıb. Bildirilib ki, Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, […]

Gürcüstanda zəlzələ oldu

Gürcüstanın cənubundakı Kvemo Kartli bölgəsinin Dmanisi şəhərində 4,1 bal maqnitudada zəlzələ baş verib. Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Tbilisidən 49 km aralıda, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Putinlə Pezeşkian görüşəcək

Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş planlaşdırılır. Bu barədə məlumatı İranın Rusiyadakı səfiri Kazım Cəlali açıqlayıb. Onun sözlərinə görə, görüş Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində baş tutacaq.  Həmçinin İran prezidentinin sammitdə iştirak edəcək digər liderlərlə, eləcə də İran icması ilə görüşü gözlənilir. Xatırladaq ki, bir müddət əvvəl Məsud Pezeşkianın oktyabrın 22-24-də […]

İsrailin milli təhlükəsizlik nazirinə çimərlikdə hücum – Saxlanılan var

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir Təl-Əvivdə hücuma məruz qalıb. Bu barədə TASS məlumat yayıb. Nazir ailəsi ilə birgə çimərlikdə olarkən 27 yaşlı qadın siyasətçinin yanına qaçaraq ona qum atıb. Məlumata görə, şübhəli hadisə yerindən dənizə qaçmağa çalışsa da, polis onu saxlayıb. Qadın Təl-Əvivin mərkəzindəki polis bölməsinə aparılıb. O, dövlət qulluqçusuna hücum etməkdə şübhəli […]