Prezidentlə xanımının İtaliyaya səfəri başa çatdı
Sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb. Milanın Malpensa hava limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri yola salıblar.
Pavloqrad “İsgəndər”lə atəşə tutuldu – Ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın Pavloqrad şəhərinə raket zərbələri endirib. Şəhər “İsgəndər-M” ballistik raketləri ilə atəşə tutulub. Hadisə nəticəsində 1 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb. Yaralılar arasında üç uşaq var.
“Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb”
“Təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca amil olmuşdur. Otuz il ərzində bizim beynəlxalq səviyyədə tanınmış ərazimiz Ermənistanın işğalı altında olmuşdur”. Bu fikirləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı səsləndirib. Dövlət başçısı xatırladıb ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik […]
İtaliya mətbuatı İlham Əliyevin səfərindən yazdı – Fotolar
İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb. “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə […]
Hərbçimiz odlu silahla özünü öldürüb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abbasov Vəli Asəf oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Faktla bağlı cinayət işi başlanıb. Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış […]
TDT daxili işlər nazirləri görüşdü
Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının Daxili İşlər Nazirlərinin 1-ci Toplantısı keçirilib. Bu barədə Türkiyə XİN Ali Yerlikaya “X” platformasındakı paylaşımında bildirib. Məlumatda bildirilir ki, Toplantıda Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov, Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov və Özbəkistan Respublikasının daxili işlər naziri Pulat […]
Lavrov: Rusiya Ukrayna ilə nizamlanmaya dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır
“Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır, ancaq yeni reallıqlar əsasında…” Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına müsahibəsində deyib. Lavrovun sözlərinə görə, həmin prinsiplər Kiyevin NATO-ya daxil olmaması, blokdankənar statusunu saxlaması və Ukraynanın özünü rahat hiss etməsi üçün onun təhlükəsizliyinin təsvirindən ibarətdir: “Bu prinsiplər qüvvəsində qalır. Ən azı biz […]
Bakıda bu yollarda sıxlıq var – SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; […]
Bu seçki dairələrindən şikayət var
Mərkəzi Seçki Komissiyasına daxil olan 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib. Bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib. Müraciətləri MSK katibi Arifə Muxtarova və ekspert qrupunun üzvləri təqdim ediblər. Qeyd edilib ki, 120 saylı Cəbrayıl-Qubadlı, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət), 73 saylı Masallı-Cəlilabad, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 10 […]
“Həmin məsələ dairə seçki komissiyalarında araşdırılmalıdır”
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir. MSK sədri Məzahir Pənahovun sözlərinə görə, sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı şikayətlərə baxılır. İclasda MSK-nın katibi Arifə Muxtarova bildirib ki, 23 Nəsimi-Səbail seçki dairəsindən namizəd olan Əziz Əzizov səsvermə prosesində qanun pozuntularının olduğunu iddia edib. “Seçki məcəlləsinin tələblərinə uyğun olaraq iddia olunan məsələ dairə seçki komissiyalarında […]