TDT daxili işlər nazirləri görüşdü 

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının Daxili İşlər Nazirlərinin 1-ci Toplantısı keçirilib. Bu barədə Türkiyə XİN Ali Yerlikaya “X” platformasındakı paylaşımında bildirib. Məlumatda bildirilir ki, Toplantıda Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov, Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov və Özbəkistan Respublikasının daxili işlər naziri Pulat […]

Lavrov: Rusiya Ukrayna ilə nizamlanmaya dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır

“Rusiya Ukrayna ilə münaqişənin nizamlanmasına dair “İstanbul prinsipləri”nə qayıtmağa hazırdır, ancaq yeni reallıqlar əsasında…” Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına müsahibəsində deyib. Lavrovun sözlərinə görə, həmin prinsiplər Kiyevin NATO-ya daxil olmaması, blokdankənar statusunu saxlaması və Ukraynanın özünü rahat hiss etməsi üçün onun təhlükəsizliyinin təsvirindən ibarətdir: “Bu prinsiplər qüvvəsində qalır. Ən azı biz […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; […]

Bu seçki dairələrindən şikayət var

Mərkəzi Seçki Komissiyasına daxil olan 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib.  Bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.  Müraciətləri MSK katibi Arifə Muxtarova və ekspert qrupunun üzvləri təqdim ediblər.  Qeyd edilib ki, 120 saylı Cəbrayıl-Qubadlı, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət), 73 saylı Masallı-Cəlilabad, 97 saylı Tərtər-Ağdərə-Goranboy,  10 […]

“Həmin məsələ dairə seçki komissiyalarında araşdırılmalıdır”

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir. MSK sədri Məzahir Pənahovun sözlərinə görə, sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı şikayətlərə baxılır. İclasda MSK-nın katibi Arifə Muxtarova bildirib ki, 23 Nəsimi-Səbail seçki dairəsindən namizəd olan Əziz Əzizov səsvermə prosesində qanun pozuntularının olduğunu iddia edib. “Seçki məcəlləsinin tələblərinə uyğun olaraq iddia olunan məsələ dairə seçki komissiyalarında […]

Niderland 13 il sonra tank batalyonu yaradır

Niderland ordusu 13 il sonra özünün ilk tank batalyonunu yaradır. Bunu Niderland müdafiə naziri Ruben Brekelmans deyib. “Bu gün Silahlı Qüvvələrimiz üçün tarixi bir gündür. Niderland ordusu 13 ildə ilk dəfə özünün tammiqyaslı tank batalyonuna sahib olacaq. Tanklar döyüş meydanında kritik və ən təsirli silah sistemi olaraq qalır”, – nazir bildirib.

ABŞ-nin məxfi Ermənistan planı: təhlükəsizlik strukturları pulla ələ alınır – ŞƏRH

Amerika Birləşmiş Ştatları – Ermənistan hərtərəfli əməkdaşlığının bəlli olan təfərrüatları Vaşinqtonun İrəvan siyasətinin əsl mahiyyətini ortaya qoyur. Ağ evin mütəmadi olaraq elan etdiyi hərtərəfli əməkdaşlıqda təhlükəli ssenarilər hazırlandığı üzə çıxır. İş o yerə çatıb ki, ssenari və planlarla bağlı erməni tərəfi açıq şəkildə fikirlər səsləndirməyə başlayıb.ABŞ-nin Ermənistan hüquq-mühafizə orqanlarının yüksək rütbəlilərini pulla aldığı vurğulanır. Səslənən […]

Zelenski Kulebanın yerinə onu təklif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkənin xarici işlər naziri vəzifəsinə Andrey Sibiqanın təyin edilməsini təklif edib. Sənəd Ali Radanın saytında yerləşdirilib.  Qeyd edək ki, 49 yaşlı Sibiqa 1997-ci ildən diplomat vəzifələrdə çalışıb, Ukraynanın Polşadakı səfiri olub. Bununla yanaşı, o, 2016-2021-ci illərdə ölkəsinin Türkiyədəki səfiri, daha sonra isə prezident ofisinin rəhbərinin müavini olaraq çalışıb.  2024-cü […]

İsmayıllıdakı əməliyyatla bağlı detallar açıqlandı – Rəsmi

İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleymanov Əlişir Muxibbi oğlunun və rayonunun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən sədr müavini Surxayev Cahangir Məhyəddin oğlunun qanunsuz əməllərə yol verməsi barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanmışdır. […]

Prezident Romada görüş keçirdi – Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.