Olimpiya çempionlarına mənzil hədiyyə olundu
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/hidayet-yeni.jpg)
Bakıda Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçualrının qələbəsi münasibətilə mərasim keçirilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş edilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, […]
İsmayıllıda saxlanılan məmur polkovnik-leytenant imiş – FOTO
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/1725454680_whatsapp-image-2021-03-02-at-17_05_19-2.jpeg)
Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib. Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov saxlanılıb. Aktualtv.az-ın məlumatına görə, saxlanılan məmur İsmayıllı rayonunun Qoşakənd kəndinin sakinidir. O, 15 mart […]
“Sosial şəbəkələrdə yayılanlar mütləq araşdırılacaq”
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/mezahir4.jpg)
“Haqqımızda deyilənlər bizi maraqlandırmır”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. M.Pənahov qeyd edib ki, kimsə Mərkəzi Seçki Komissiyasının fəaliyyətinə kölgə salmağa çalışırsa, bununla bağlı müvafiq qərar qəbul ediləcək: “Bizə isə heç kimin qabaqdangəlmişliyi təsir edə bilməz. MSK illərdir eyni prinsiplə işləyir. Verdiyimiz qərarların hamısı əsaslandırılıb. Haqqımızda yazılanlar, yayılanlar bizi maraqlandırmır. Öz işimizi […]
Küləkli hava ilə bağlı – Xəbərdarlıq
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/kulek.jpg)
Sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 5-i gündüzdən 7-si gündüzədək isə bölgələrdə fasilələrlə qərb küləyi Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Tovuz, Ağstafa, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Beyləqan, Ağdam, Füzuli, Ağcabədi, Samux, Xaçmaz, Şabran, Siyəzən, Hacıqabul, […]
Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun bilet qiymətləri bəlli olub
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/cc69c413-37cd-3f1d-8c87-604fe5fcb881_850.jpg)
İngiltərədə yerli “Tottenhem” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun matçının bilet qiymətləri bəlli olub. Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın biletləri böyüklər üçün 30 (təxminən 66,9 manat), 18 yaşdan kiçik şəxslər üçün 10 funt sterlinq (22,3 manat) olacaq. Biletləri setyabrın 11-də, yerli vaxtla saat 14:00-dan sonra […]
Bakının bu qəsəbəsində su olmayacaq
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/kran.jpg)
Sentyabrın 6-sı saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə əlaqədardır.
Yasamalda bu yol bağlanır
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/qelebe.jpg)
Bakının Yasamal rayonunda daha bir yol təmirə bağlanır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, sabah saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə (“Qələbə” dairəsindən “20 Yanvar” dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti […]
Rayonlara yağış yağacaq
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/yagis.jpg)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin […]
Misir prezidenti ilk dəfə Türkiyəyə gedir
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/misir.jpg)
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bu gün ilk dəfə Türkiyəyə səfər edəcək. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq. Bildirilir ki, Ankara 12 il sonra Misirdən prezident səviyyəsində səfərə ev sahibliyi edəcək. Tərəflər enerji, səhiyyə, turizm, müdafiə sahələrində uzunmüddətli əməkdaşlıq məsələləri ilə yanaşı, Qəzzadakı son vəziyyəti də müzakirə edəcəklər.(TRT Haber)
Ukrayna xarici işlər naziri postuna namizədin adı açıqlanıb – YENİLƏNİB
![](http://aktualtv.az/wp-content/uploads/2024/09/0b1c7831-2322-37be-b6b7-85648f2fb3c9_850.jpg)
Andrey Sibiqa Ukraynanın yeni xarici işlər naziri ola bilər. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. A.Siqiba xarici işlər nazirinin birinci müavinidir. O, bundan əvvəl Prezident Ofisinin rəhbərinin müavini (2021-2024) və ölkənin Türkiyədəki səfiri (2016-2021) vəzifələrində çalışıb. *** Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Ali Rada Ukraynanın xarici […]