Tarixi qələbələr ayı – lokal əməliyyatın total nəticəsi – ŞƏRH

Xalqımızın tarixinə şanlı qələbələr ayı kimi düşən sentyabr həm Qarabağda azadlıq müharibəsinin başlanması, həm də ərazi bütövlüyümüzün bərpası kimi düşüb. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə 2020 və 2023-cü illərin sentyabrında tarix yazdı. Aktualtv.az: 2020-ci il sentyabrın 27-də 30 il torpaqlarımızı işğal altında saxlayan və daim silahlı təxribatlar törədən Ermənistan hərbi qüvvələrinə qarşı əks hücuma […]

Baş nazirdən vergi ödəyiciləri ilə bağlı – Qərar

Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Bu Qayda vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı müraciət etmiş vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri tənzimləyir. Vergi orqanı tərəfindən vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri aşağıdakı qaydada müəyyənləşdirilir: – gəlir […]

Lvov atəşə tutuldu, 2 ölü, 23 yaralı

Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Lvov şəhərinə raket zərbəsi endirib. Bu barədə məlumatı Lvovun meri Andrey Sadovıy öz teleqram kanalında paylaşıb.  Zərbə nəticəsində 2 nəfər həlak olub, daha 23 nəfər isə yaralanıb.  Xatırladaq ki, dünən Poltava şəhərinin ballistik raketlərlə atəşə tutulması nəticəsində 47 nəfər həlak olub, 206 nəfər isə xəsarət alıb.

Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının medal sıralamasında 22-ci pilləyə yüksəlib. Bu, paraatlet Lamiyə Vəliyevanın (T13 kateqoriyası) 100 metr məsafəyə qaçışda qızıl mükafat qazanması sayəsində mümkün olub. Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman […]

Sağlam gələcək naminə Ağ ölümə “Yox” deyək!

Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır.   Həmçinin statistikada bu fakt da yer alır ki, gənclər və […]

Stoltenberqin müavini istefa verəcək

NATO Baş katibinin müavini Mirça Coane istefa verəcək. Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, o, Baş katib Yens Stoltenberqə sentyabrın 10-da vəzifəsini tərk edəcəyi barədə məlumat verib. Stoltenberq mətbuata açıqlamasında “Coane əsl transatlantikdir və onun tərəfdaşlarla işləməsi NATO-ya çoxlu faydalar gətirib”, – deyib. Coane isə feysbuk hesabında “NATO-nun rəhbərliyində olmaq mənim həyatımın […]

AKP-dən BRİKS-ə üzvlüklə bağlı açıqlama

Rəsmi Ankara BRİKS-ə üzvlükdə maraqlıdır. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə mövqeyini dəfələrlə bildirib: “Bununla belə, hələ ki konkret nəticə yoxdur”.

Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanovaya yüksək vəzifə verilib. Ofelya Salmanova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib. O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb. O, […]

Əkinçilərə şad xəbər

Aqrar Subsidiya Şurası yanacaq qiymətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq əkin subsidiyalarını artırıb. B barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymət artımının bir hissəsinin kompensasiya edilməsi məqsədilə, gələn ildən dənli və dənli paxlalılar, kartof, tərəvəz, yonca və təkrar əkinlər üçün əkin subsidiyaları artırılacaq. Şuranın qərarına əsasən, meyvəçilik […]

Ləbibovun oğlu iki şəxsiyyət vəsiqəsi işlədirmiş – Həbs edildi

“Azərbaycan Nəşriyyatı” MMC-nin (“Azərnəşr”) sabiq baş direktorunun birinci müavini Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov dələduzluqda ittiham olunur. “Qafqazinfo”nun məlumatına görə, o, iki nəfəri işə düzəltmək adı ilə aldadıb. Ləbibov zərərçəkmişlərin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilib ki, o, dələduzluq yolu ilə 95 min manat pul ələ keçirib. İstintaq orqanı əvvəl onun həbsinə zərurət […]