Ərdoğan Rusiyanın dəvətini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammitində iştirakla bağlı Rusiya rəhbərliyinin dəvətini qəbul edib. Bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov açıqlayıb. “Təklif Türkiyə tərəfinə çatdırılıb, Ərdoğan onu qəbul edib”, – deyə Uşakov qeyd edib.  Xatırladaq ki, BRICS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək. Uşakov, həmçinin daha əvvəlki açıqlamasında MDB ölkələrinin liderlərinin sözügedən sammitə dəvət […]

Baş Prokurorluğun nümayəndə heyəti Türkiyədə səfərdə olub – Foto

Sentyabrın 2-də baş prokurorunun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Anar Nəsibovdan ibarət nümayəndə heyəti qardaş Türkiyənin Ankara şəhərində “2024-2025 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak edib. Aktualtv.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ali Məhkəmənin sədri Ömer Kerkez, baş prokuroru Muhsin Şentürk, digər hakim […]

Lamiyə Vəliyeva finala yüksəldi

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Pralimpiya Oyunlarında final mərhələsinə yüksəlib. Paralimpiya və 4 qat dünya çempionu T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.81 saniyə göstərici ilə finiş xəttini birinci keçib. Bu kateqoriya üzrə final mərhələsi 22:00-da başlayacaq. Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 […]

Naxçıvanda 18 yaşlı gənc intihar edib

Naxçıvanda 18 yaşlı gənc intihar edib. Hadisə Babək rayonunun Sirab kəndində baş verib. Kənd sakini, 2006-cı il təvəllüdlü Abbasov Kazım Qılman oğlu intihar edib. Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda bu universitet ləğv edildi

“Naxçıvan” Universiteti MMC ləğv olunduğunu elan edib. Aktualtv.az xəbər verir ki, bu barədə Vergiler.az məlumat yayıb. Ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir. Qeyd edək ki, “Naxçıvan” Universiteti 1994-cü ildən 1999-cu ilə kimi “Naxçıvan” bazası kimi fəaliyyət göstərib. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev olub. […]

Bu yol təmirə bağlanır

Sentyabrın 4-ü saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bu, ərazidə aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş […]

İran, Rusiya və Azərbaycan XİN başçılarının görüşü müzakirə edilib

Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktorunun görüşü keçirilib. Bu barədə İran XİN məlumat yayıb. Qeyd edilib ki, nazirliyin Avrasiya üzrə baş direktoru Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb. Görüşdə Qafqazda cari […]

Rusiya ilə sərhəddə hasarın hündürlüyünü artıracaqlar

Finlandiya Rusiya ilə sərhəddə hasarın hündürlüyünü yarım metr artıraraq 3,5 metrə çatdırmağa qərar verib. Bu barədə məlumatı Finlandiyanın Sərhəd Xidməti yayıb. Bildirilir ki, xidmət 2026-cı ilin sonuna qədər şərq sərhədində 200 kilometr uzunluğunda istehkam inşa etməyi də planlaşdırır. Eyni zamanda, tikanlı məftillərin daha sıx ediləcəyi qeyd olunub. “Şərq sərhədində maneələrin quraşdırılması sərhədin təhlükəsizliyini artırır və […]

Azərbaycan neftinin qiyməti cüzi azalıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.13 ABŞ dolları və ya 0.16% azalaraq 81,56 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötən gün “Azeri Light” 81.69 dollara ticarət edilib.

Göygöldə yük maşınları toqquşub, xəsarət alanlar var

Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hacıməlik qəsəbəsi ərazisində 2 yük maşınının toqquşması nəticəsində 55 yaşlı Ə.Hacıyev və 54 yaşlı B.Zərbəliyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.