Matça final oyunu kimi hazırlaşmışıq!
Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi “Dinamo”ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis sabah vacib oyuna çıxacaqlarını bildirib: “Qarşılaşmanın mahiyyəti bəllidir. Bizim üçün olduqca vacib oyundur. Hesabda geridə olsaq da, əsas məehələyə vəsiqə qazanmaq […]
“Durovu kiminsə məsləhəti əsasında saxlayıblar”
“Fransa rəhbərliyi teleqramın təsisçisi Pavel Durovu kiminsə məsləhəti əsasında saxlayıb”. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, sahibkarın saxlanılmasında məqsəd şifrələmə kodlarını əldə etmək cəhdləridir: “Fransızların addımı teleqram messencerinin həqiqətən etibarlı və populyar olduğunu sübut edir”. Xatırladaq ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin açıqlamasında “Pavel Durovun həbsinin arxasında […]
Metronun iş qrafikinə dəyişiklik ediləcək
Bakı metropoliteni “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında dəyişdirilmiş iş rejimində çalışacaq. Qurumun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, stansiya gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Saat 20:00-da başlanacaq matça tamaşaçı marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, […]
Rusiyada Bayden haqda serial çəkilir – “Goodbye”
Rusiyada ABŞ prezidenti Co Bayden haqqında serial çəkilir. Bu barədə Rusiyanın yerli nəşrləri yazıb. Baş rolu – ABŞ prezidentini “Briqada”, “Jmurki” və s. filmləri ilə tanınan Dmitri Dyujev canlandıracaq. Hekayədə Bayden sanksiyaların təsirini qiymətləndirmək üçün Rusiyaya uçur, lakin ilk gün sənədlərini itirir. Sonra yerli bir vətənpərvərlə tanış olur, “xruşşovka” mənzilinə köçür, yeni sənədlərə pul yığmaq […]
Azad olunan ərazilərdəki seçki məntəqələrinə veb-kameralar quraşdırılması planlaşdırılır
Azad olunmuş ərazilərdəki seçki məntəqələrinə veb-kameralar quraşdırılmasa da, bu, planda var. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. MSK sədri xatırladıb ki, azad olunmuş ərazilərdə seçicilərin sayı 42 mindən çoxdur: “Yaxın dövrdə oradakı məntəqələrə də veb-kameraların quraşdırılması nəzərdə tutulur və artıq aidiyyəti üzrə müraciət olunub”.
“Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyir” – Xəbərdarlıq
Bakıda özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs müxtəlif bəhanələrlə vətəndaşlardan pul alır. Aktualtv.az xəbər verir ki, bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev feysbuk hesabında yazıb. O, xəbərdarlıq edib: “Artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək […]
Baş nazir: Terror aktı törədənlər Pakistanla Çin arasında gərginlik yaratmaq istəyirlər
Pakistanın Bəlucistan əyalətində terror aktları törədən silahlılar Pakistan-Çin iqtisadi dəhlizinin inkişafını ləngitmək məqsədi güdürlər. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib. Baş nazir vurğulayıb ki, iki ölkə Bəlucistandakı dərin dəniz limanına külli miqdarda investisiya yatırıb. Onun sözlərinə görə, yaraqlıların hədəfi regionda qızıl və mis mədənlərinə sahib olan İslamabad və Pekin arasında gərginlik yaratmaqdır.(Reuters)
Bakıda teplovozun altında qalan kişi öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevi Binəqədi rayonu ərazisində relsin üstündən keçərkən teplovoz vurub. O, avqustun 26-da xəstəxanada ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi […]
Ceyhun Bayramov Türkiyəyə yola düşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.VII əsrin yadigarı olan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər.