Taksilər avtobus zolağına buraxıla bilər? – Sürücülər çıxılmaz halda

Son günlər qanuni taksi fəaliyyəti ilə məşğul olan şəxslərin avtobus zolağına daxil olarkən cərimələnməsi məsələsi gündəmə gəlib. Avtobus zolaqlarında sərnişin mindirib-düşürərkən cərimə edildiklərini bildirən taksi sürücüləri onlara güzəştlərin edilməli olduğunu düşünürlər. Sözügedən zolaqda saxlamağa görə digər nəqliyyat vasitələrinə tətbiq edilən 100 manat+2 cərimə balı cəzasının onlara şamil edilməməsini istəyən sürücülər qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini vurğulayırlar. Hazırda […]

Prezidentdən Qarabağa müttəfiq köməyi ilə bağlı – Tapşırıq

“Qarabağda işlərlə bağlı, tikintiyə töhfənizə görə sağ olun. Həmçinin iqtisadiyyat nazirinə tapşırıram ki, sizin köməyinizlə daha hansı layihələrin reallaşdırıla biləcəyi nəzərdən keçirilsin”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə deyib. “Böyük Qayıdış” proqramı kifayət qədər genişmiqyaslıdır. Bu ilin sonunadək bizim 2021-ci ildən bəri yatırmağa başladığımız sərmayələrin ümumi […]

Xəzər rayonunda “Ağ ölümlə mübarizə” layihəsi təqdim edildi  – FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyi “Ağ ölüm”lə mübarizə” adlı layihə həyata keçirir. Layihə çərçivəsində narkomaniya bəlasından qorunmaq və bu bəlanın mənfi fəsadlarını özündə ehtiva edən “Göz yaşı” adlı sosial çarx çəkilib. Aktualtv.az xəbər verir ki, növbəti maarifləndirici tədbirini 23 avqust 2024-cü ildə Bakı şəhəri, Xəzər rayon Gənclər […]

Dənizdə batan gəncin axtarışları davam edir – Video

Xəbər verildiyi kimi, 20 avqust 2024-cü il tarixində 1 nəfərin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər. Yenixeber.org xəbər verir ki, hazırda batdığı ehtimal olunan 1997-ci il […]

Ali məktəblərə qəbul olunanların qeydiyyatının başlanacağı vaxt açıqlanıb

Avqustun 28-i saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat yayıb. Qeyd edilib ki, abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin […]

DİN-dən azad edilmiş ərazilərə səfər edənlərə – Müraciət

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslərə müraciət edib. Müraciətdə işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslərin aşağıdakı tələblərə riayət etmələri vurğulanıb: – şəxsiyyəti təsdiq edən sənəd daim üzərində olmalı; – sənədlərin, şəxsi əşyaların və avtomobilin baxış üçün təqdim olunması və s. haqda polis əməkdaşının qanuni göstərişləri yerinə yetirilməli; – avtomobildə yaranmış texniki […]

Rusiya həbsxanasında məhbuslar işçiləri girov götürdü – Ölən var

Rusiyada ciddi rejimli cəzaçəkmə müəssisəsində bir neçə məhbus müəssisənin əməkdaşlarını girov götürüb. Hadisə Volqoqrad vilayətində baş verib. Məlumata görə, insident zamanı həbsxananın bir əməkdaşı qətlə yetirilib.  Bildirilir ki, hücumda azı 3 məhbus iştirak edib. Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat keçirilir.

“Bu gün Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular”

“Bu gün Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında bildirib. Dövlət başçısı vurğulayıb: “Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də […]

39° isti, leysan, dolu… – Sabahın havası

Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, […]