Azərbaycanın amfibiya təyyarəsi Bolu-Gerede istiqamətində meşə yanğını ilə mübarizəyə cəlb olunub
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/235192c4-cf2e-34c0-97bd-0046ac34bb44_850-1.jpg)
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir. FHN-dən verilən xəbərə görə, ötən gün ərzində təyyarə Bolu-Gerede istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda səfərdədir
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/5db82d6a-ab0c-388f-952e-397719f3129d_850.jpg)
Avqustun 23-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Qazaxıstana səfəri başlayıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi melumat yayıb. Səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirak etdiyi “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təliminin taktiki epizodu izləniləcək, eləcə də ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi-təhsil […]
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/0041a678-ca60-3112-a0cf-f3799b4d84a1.jpg)
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Niderland Boneyra adası ilə bağlı müstəmləkə siyasətindən əl çəkməlidir – BƏYANAT
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/1718e0c8-b4af-323d-9786-f46044f10467_850.jpg)
Niderland hökuməti Boneyra adası ilə bağlı müstəmləkə siyasətindən əl çəkməlidir. Bu, “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” ADLI beynəlxalq konfransın yekun bəyanatında deyilir. Qeyd edək ki, bu gün Bakı Təşəbbüs Qrupu, Boneyra İnsan Haqları Təşkilatı və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə Bakıda “Boneyra Adasının Bakıdan Keçən BMT Baş Assambleyasındakı […]
Qazaxıstan mediası Mehriban Əliyevadan YAZDI
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/1724333145_2024_08_22_66c70ec8aa68d.jpg)
Qazaxıstanın informasiya portalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş məqalə dərc ediblər. Xalq yazıçısı və Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın müəllifi olduğu “Ta, komu mnoqoe dano…” adlı məqalə Qazaxıstanın abai.kz, adyrna.kz və mezgil.kz internet resurslarında dərc olunub. Material Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə dərc edilib. Məqalədə qeyd edilir ki, Mehriban xanım […]
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/409bcfa8-01fe-39b3-b0dd-e1454def929c_850.jpg)
Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər. Dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Prezident xanımı ilə Özbəkistana getdi
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/ilham-2-1.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistana dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Regionu qanlı poliqona çevirmək planı işə salınıb – Şərh
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/MyCollages_-_2024-08-22T133204.716.jpg)
Fransanın liderliyi ilə Ermənistanın sürətli şəkildə hərbləşdirilməsi kampaniyası yeni mərhələyə daxil olub.Qərbin xeyir-duası ilə məğlub Ermənistana hərtərəfli hərbi, maddi və mənəvi dəstək verilməsi ilə bağlı sensasion xəbərlər yayılıb. Ciddi narahatlıq doğuran bu xəbərlər regionda sülh quruculuğu səylərini əngəlləyir. Eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşmaya, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə qarşıdır. Qərb dünyası və onun əlaltıları otuz […]
Onlara da orden və medallar verildi
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/ilham-5.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Əmirov Rüfət Fikrət oğlu – […]
Bir qrup şəxs “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi – Siyahı
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/ilham0.jpg)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər: Babayev Əli Aydın oğlu – polkovnik-leytenant Fərzəliyev Teymur Qaçay […]