Erməni spiker Azərbaycanla SƏRHƏDDƏ
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/1723035129_daa9b46a-ada3-4a47-bf29-1a5476d4a91d.jpg)
Vayots Dzorda işgüzar səfərə gedən Ermənistan parlamentinin sədri Alen Simonyan Cermukda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olub. Bu barədə Ermənistan spikerinin feysbuk səhifəsində dərc olunan mesajda deyilir. “Mənim işgüzar səfərim Noravank monastır kompleksindən başladı”, – deyə Alen Simonyan yazıb. Məlumata görə, o, ictimaiyyəti narahat edən problemlərlə maraqlanıb.
Zurabişvili Mişanı əfv edə bilər – Gürcü Arzusu
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/saakashvili-mehkeme-yeni.jpg)
[center][img]https://azadmedia.az/uploads/posts/2024-08/1723034055_saakashvili-mehkeme-yeni.jpg[/img][/center] Gürcüstan Prezidenti Salome Zurabişvili məhkum edilmiş keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyi planlaşdırsa, təəccüblü deyil. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından deputat Levan Maçavariani bildirib. “Biz artıq öyrəşmişik ki, Salome Zurabişvili ümumilikdə öz ritorikasını dəyişib. O, təkcə Mixail Saakaşvili ilə bağlı deyil, həm də radikal müxalifətlə bağlı mövqeyini dəyişib”, – Maçavariani bildirib. […]
BANM-ın binasında bu universitet fəaliyyət göstərəcək
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/baki_ali_neft_mektebi_230813.jpg)
Builki tədris ilində fəaliyyətə başlayacaq Türkiyə-Azərbaycan Universitetinin binasının yerləşəcəyi yer məlum olub. Universitet Bakının Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək. Artıq tələbə qəbulu ilə bağlı universitetdə tədbirlər həyata keçirilir. Məlumata görə, bu il universitetə 90 tələbənin qəbulu nəzərdə tutulub. Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbə qəbulu elan edib. […]
ABŞ Türkiyəni hədələdi: Qarşılıq verəcəyik!
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/ankara-1.jpg)
ABŞ texnologiyasının qeyri-leqal yollarla Rusiyaya satışını dayandırmağımız üçün Türkiyənin köməklik göstərməsi lazımdır. Bu sözləri ABŞ ticarət katibinin köməkçisi Metyu Akselrod “Faynənşl Tayms”a müsahibəsində deyib. O qeyd edib ki, Vaşinqtonun Türkiyədən əsas tələbi ABŞ mənşəli çip və digər hissələrin Rusiyaya tədarükünün qarşısını almaqdır. “Türkiyə Moskvanın savaş maşını üçün həyati önəm daşıyan ABŞ mənşəli çiplərin Rusiyaya ixracına […]
Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/ilham.jpg)
Prezident İlham Əliyev Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “1. Məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə […]
Məktəbli formalarının satış ünvanları açıqlandı
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/forma__1_-1.jpg)
“Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar aşağıda qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər”. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, […]
Prezident icra başçısını işdən çıxardı
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/tofiqq1.jpg)
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qeyd edək ki, Tofiq İbrahimov Prezidentin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.
Alimpaşa Məmmədova hökm çıxaran hakim Bakıya göndərildi
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/geeenc.jpg)
Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlərin sayı artırılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmov sözügedən məhkəməyə ezam edilib. Belə ki, Bakı Ağır Cinayətlər məhkəməsində iki hakim yaxın vaxtlarda təqaüdə çıxacaq. Onlardan biri Əhməd Quliyevdir. E.Rüstməov Ə.Quliyevin olduğu tərkibə daxil edilib. Binəqədidə mebel sexində baş verən yanğına görə ittiham olunan Tağı […]
“İndi isə başqa bir tarix yazmağın vaxtıdır” – Stadnik
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/maria.png)
“Mənim idman tarixim artıq yazılıb, 4 olimpiya medalı…” Bu sözləri qadın güləşi üzrə Azərbaycan yığmasının üzvü Mariya Stadnik öz instaqram hesabında yazıb. “İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda məni dəstəkləyən və mənimlə olan hər kəsə təşəkkür edirəm. İndi isə […]
Azərbaycan nefti bahalaşdı
![](http://aktualtv.az/wp-content/uploads/2024/08/neft.jpg)
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti yenidən bahalaşıb. Azərbaycan neftinin 1 barelinin qiyməti 79,83 ABŞ dolları təşkil edir. Bu, 0,1 ABŞ dolları və ya 0,1% artım deməkdir. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.