“İndi isə başqa bir tarix yazmağın vaxtıdır” – Stadnik
“Mənim idman tarixim artıq yazılıb, 4 olimpiya medalı…” Bu sözləri qadın güləşi üzrə Azərbaycan yığmasının üzvü Mariya Stadnik öz instaqram hesabında yazıb. “İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda məni dəstəkləyən və mənimlə olan hər kəsə təşəkkür edirəm. İndi isə […]
Azərbaycan nefti bahalaşdı
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan nefti yenidən bahalaşıb. Azərbaycan neftinin 1 barelinin qiyməti 79,83 ABŞ dolları təşkil edir. Bu, 0,1 ABŞ dolları və ya 0,1% artım deməkdir. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
FHN hava ilə bağlı müraciət etdi
Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha […]
Pensiyalar bu tarixdə ödəniləcək
Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay da qrafik üzrə ödəniləcək.
İki ildən sonra qalıqları tapılan hərbçilərimiz donvurmadan ölüb – Rəsmi
Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb. Məlumatda deyilir: “Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan […]
Muxtar Babayev Özbəkistan səfiri ilə görüşdü
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları […]
Nazir: Türkiyənin cənubunda və cənub-şərqində terrora son qoyulur
Türkiyənin cənubunda və cənub-şərqində terrora son qoyulur. Bunu Türkiyənin nəqliyyat və insfrasruktur naziri Abdulkadir Uraloğlu Ankarada çıxışı zamanı deyib. O bildirib ki, bunun əsas təzahürlərindən biri də ölkənin cənub istiqamətində nəqliyyat və insfrasruktur sahəsində görülən işlərdir: “Ölkənin qərbində nə ediriksə, cənubunda da onu edəcəyik”.
Ötən ay 183 nəfərin diplomu tanınmayıb
[center][img]https://azadmedia.az/uploads/posts/2024-08/1722937958_diplom.jpg[/img][/center] İyul ayı üzrə müraciət edən 937 nəfərin 754-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim olunub, 183 şəxsin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb edilən normativdən az olması səbəbi ilə 142, əczaçılıq ixtisası üzrə qiyabi formada […]
“Qarabağ”ın matçına biletlər tükənir
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) oyununa bilet satışı davam edir. Artıq matça 25 min 500 bilet satılıb. Bildirilib ki, qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq. Azarkeşlərin daha tez gəlib tribunalarda öz yerlərini tutmağı xahiş olunub. Avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək […]
SOCAR AQŞ-nin Bakı Qazma Məktəbi bp ilə üçillik müqavilə imzalayıb
Beynəlxalq akkreditasiyaya malik təlim mərkəzi olan Bakı Qazma Məktəbi (Baku Drilling School) bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə üçillik müqavilə imzaladığını böyük məmnuniyyətlə elan edir. Bu müqavilə çərçivəsində Bakı Qazma Məktəbi Qazma Quyularına Nəzarət və İmmersiv (real) Simulyator təlimlərini, o cümlədən İnsan Faktoru və Heyət üçün Resursların İdarə Edilməsi üzrə təlim proqramlarını təmin […]