XİN-dən vətəndaşlara Livana səfərlərlə bağlı xəbərdarlıq

Azərbaycan Xarici İşlər Nazirliyi Livana səfər edən və ya orada olan ölkə vətəndaşları ilə bağlı xəbərdarlıq yayıb. XİN-in bununla bağlı açıqlamasında deyilir: “Livan Respublikasının yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət […]
Kənan Seyidovun təyinatı təsdiqləndi

Bir müddət öncə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovun Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi təsdiqini tapmamışdı. K.Seyidovun bu gün Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında Əlahiddə Ümumqoşun Ordu Komandanı olaraq iştirakı ilə məlumat təsdiqlənmiş olub. Belə ki, iclasda Əlahiddə Ümumqoşun Ordu […]
ABŞ “TikTok”u məhkəməyə verib – Uşaqların…

ABŞ Ədliyyə Nazirliyi “TikTok”sosial şəbəkəsini 13 yaşından kiçik istifadəçilərdən qanunsuz məlumat toplamaq ittihamı ilə məhkəməyə verib. Nazirliyin məlumatına görə, platforma uşaqların şəxsi məlumatlarını valideynlərinin icazəsi olmadan toplayıb, onlara “TikTok” hesabları yaratmağa icazə verib və çox vaxt valideynlərinin onları silmək tələblərinə məhəl qoymayıb. Bununla əlaqədar olaraq, ABŞ Ədliyyə Nazirliyi qanun pozuntularına görə sosial şəbəkə və onun […]
Bakıda həbs edilən ukraynalı kriminal avtoritet Rusiya vətəndaşına qarşı xuliqanlıqda ittiham olunur

Tanınmış ukraynalı milyonçu, kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) həbsinin təfərrüatları məlum olub. “Report”un əldə etdiyi xəbərə, ukraynalı avtoritet Oleq Bakinski Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə təqsirləndirilir. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması […]
Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb

Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb. Bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, diqqətsizlik, ehtiyatsızlıq və yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib: “İnvestiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə […]
Azərbaycan neftinin qiyməti 4 %-dən çox azalıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,58 ABŞ dolları, yaxud 4,4 % azalaraq 80,7 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 76,81 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından […]
Trampla Harrisin debatı bu tarixdə olacaq

Keçmiş amerikalı lider və Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp ölkənin vitse-prezidenti və seçkilərdəki rəqibi Kamala Harrislə sentyabrın 4-ü debatın aparılması barədə “Fox News” telekanalı ilə razılıq əldə edib. Bu barədə siyasətçi “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb. Görüşün Pensilvaniya ştatında keçiriləcəyi gözlənilir, dəqiq yer və saat daha sonra müəyyənləşəcək. Tramp izah edib ki, […]
“Kondisioner yoxdur, yeməklər pisdir” – Paris 2024-dən şikayət

İtaliyalı üzgüçü Tomas Çekon Parisdəki Olimpiya kəndindəki şəraitindən şikayətlənib. Bu barədə yerli “La Repubblica” nəşri yazır. O, ilk növbədə kondisionerin olmamasını tənqid edib: “Kənddə kondisioner yoxdur, hava istidir, yeməklər pisdir. Bu səbəbdən bir çox idmançılar çıxıb gedir. Bəzən yağış yağır, bəzən isti, bəzən soyuq olur, pis yatırıq və pis qidalanırıq. Bütün bunlar yorğunluğa səbəb olur”. […]
Putinin məhbus uşaqları ilə ispanca danışması müzakirə yaratdı

Xəbər verdiyimiz kimi, Ankarada Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində 8 nəfər Rusiyaya təhvil verilib. Moskvanın Vnukovo hava limanında Rusiya Prezidenti Vladimir Putin onları şəxsən qarşılayıb və söhbət edib. Mübadilə prosesi çərçivəsində Rusiyaya qaytarılanlar arasında Qərbdə Rusiya xeyrinə casusluqda ittiham olunan Anna və Artyom Dultsevlər də var. Putinin cütlüyün uşaqları ilə ispanca […]
İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirildi – Foto

İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində azərbaycanlı qətlə yetirilib. Aktualtv.az xəbər verir ki, hadisə iyulun 30-u baş verib. Belə ki, İsveçdə yaşayan Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə öldürülüb. Hadisənin hansı səbəbdən və hansı zəmində baş verdiyi hələlik məlum deyil. Bölgənin prokuroru İsveç mətbuatına açıqlamasında bildirib ki, […]