Paşinyan yenə Tavuşa getdi

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədə yaxın ərazidəki Tavuş vilayətinə gedib. Bu barədə hökumət başçısının feysbuk hesabında bildirilib. “Birinci dayanacaq Dilicanda idi. Mən “Dağlıq Ermənistan” sanatoriyasına aparan avtoyolun 2,2 kilometrlik ərazisində aparılan təmir işləri ilə tanış oldum. Layihənin dəyəri 234 milyon dram təşkil edir, vəsait dövlət büdcəsindən ayrılıb”, – paylaşımda deyilir. Qeyd edək ki, […]
COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 1 yanvar 2025-ci ildək fəaliyyətini dayandırıb. Bu səbəbdən 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq. Hazırda isə AFFA-nın balansında […]
İvanişvili koronavirusun fəsadları ilə üzləşib – Xəstədir

Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu”nun təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili koronavirusun fəsadları ilə üzləşib. Bunu yerli mətbuata partiyanın mətbuat xidməti bildirib. Qeyd olunub ki, İvanişvili iki həftə əvvəl xəstələnib və hələ də müalicəsi davam edir, Partiya deyiblər ki, məhz bu səbəbdən İvanişvilinin medal qazanan olimpiyaçılara təbrik məktubunu gec dərc edirlər. Milyarder müraciətində cüdoçular Tato […]
UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. Bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub. 23-cü sırada yer alan ölkənin əmsalı 18,375-ə bərabərdir. “Qarabağ” Çempionlar Liqasında Cəbəllütariqin “Linkoln” komandasının qapısına beş cavabsız qol vurub. “Köhlən atlar” səfərdə də qalib gəlmişdi – 2:0. “Zirə” ötən gün Slovakiyada “DAK 1904” klubunu üstələyib – 2:1. “Qartallar” […]
Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır

Bu gün deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatır. Bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, prosesə iyulun 13-dən başlanılıb və avqustun 2-si saat 18:00-dək davam edəcək. Seçki Məcəlləsinə […]
Baş nazirdən sosial ödənişlərlə bağlı – Qərar

Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Şəhid ailəsi üçün Prezident təqaüdünün (20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə münasibətdə bu Qaydaya uyğun olaraq), Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş […]
ABŞ Yaxın Şərqə 12 hərbi gəmi göndərib – KİV

“Pentaqon Beyrut və Tehrana zərbələr fonunda Yaxın Şərq, Fars körfəzi və Aralıq dənizinə 12 hərbi gəmi göndərib”. Bu barədə “The Washington Post” adı açıqlanmayan departament rəsmisinə istinadən yazıb. Mənbənin sözlərinə görə, ABŞ-nin “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi və altı esminesi bu gün Fars körfəzində olub. 4 min dəniz piyadası və dənizçini daşıyan üç desant gəmisi və […]
Türkiyə-Ermənistan birbaşa danışıqları – Ankaranın dəyişməyən mövqeyi – ŞƏRH

Son günlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi istiqamətində danışıqların getdiyinə dair xəbərlər yayılır.İyulun 30-da Türkiyənin normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla ermənistanlı həmkarı Ruben Rubenyan sərhəddə görüşüb. Bu, xüsusi nümayəndələrin beşinci görüşü sayılır. Onlar diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Tərəflər normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən […]
COP29 zamanı məktəblər bağlanacaq – Baş nazirdən QƏRAR

Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının […]
Bu gün Əlifba Günümüzdür

Avqustun 1-i Azərbaycan əlifbası günü kimi qeyd olunur. 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla latın qrafikalı müasir əlifbamızın bütün ölkədə geniş, mütləq tətbiqinə başlanılıb. Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun […]