“Koroğlu” NMM-dən hərəkət edən 300-dən çox avtobus Heydər Əliyev prospektinə daxil olmayacaq

Bu gündən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev prospekti, Qara Qarayev və Zabrat yoluna istiqamətlənir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Məlumata görə, nəticədə Mərkəzdən Heydər […]
Bakıda bir evin qiymətinə telefon nömrəsi satılır

“Azercell”ə məxsus telefon nömrələri hərraca çıxarılır. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin internet səhifəsində 30 avqust 2024-cü il tarixində hərraca çıxarılacaq “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələri haqqında elanda qeyd olunub. Nömrələrdən bəzilərinin qiyməti 75 min, 35 min, 29 min 750 manatdır. Hərraca çıxarılan 30 nömrə arasında ən ucuzunun qiyməti 3750 manatdır. 994 10 […]
“Sahibkar Qadınların Milli Strategiyasının hazırlanması” adlı layihə çərçivəsində iki görüş keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sahibkar Qadınların Milli Strategiyasının hazırlanması” adlı layihə çərçivəsində “Sahibkar Qadın Portreti” kitabını Şəhid Xanımlarının da qatıldığı, kiçik sahibkarlıqla məşğul olmaq istəyən, kiçik sahibkar olaraq biznes savadının artırılmasına dəstək olacaq iki görüş keçirilib. QHT.az xəbər verir ki, […]
İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu – Fotolar

Prezident İlham Əliyev Bakıda “Gənclik” metrosu yanında yaradılan yeni parkda işlərin gedişi ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına parkda görülən və həyata keçiriləcək işlər barədə məlumat verib. Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından […]
Samuxda evləri sel suları basdı – Video

Samux rayonunun Burunqovaq kəndində evləri sel suları basıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Qabırrıçay çayına sel gəlməsi səbəbindən Samux rayonunun Burunqovaq kəndində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal […]
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək – Sərəncam

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş, dövlət mülkiyyətinə aid 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft […]
Ermənistan ordusu sərhəddən geri çəkilir?

Ermənistan ordusunun Azərbaycanla sərhədin bəzi hissələrində yerləşən mövqelərdən geri çəkilməsi barədə xəbərlər yayılıb. Bu barədə xəbərlər Ermənistanın müxtəlif media orqanlarında, ermənilərə məxsus teleqram kanallarında paylaşılıb. Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin qüvvələri Qarakilsə (Sisian) istiqamətində bəzi yerlərdən geri çəkilib. Həmçinin Arazdəyən (Yerarsx) istiqamətində də geri çəkilmənin olduğu deyilir. Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib etsə də, yerli […]
Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib. Məktubda deyilir: “Əlahəzrət, Əziz Qardaşım, Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. […]
Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb

Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vurub. Hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.(Report) Faktla bağlı araşdırma aparılır.
Bakıda qohumlar bıçaqlandı – 20 yaşlı oğlan saxlanıldı

İyulun 29-da saat 01 radələrində Bakı şəhər Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. 1999-cu il təvəllüdlü Emin Valeh oğlu Fərmanlı və 1989-cu il təvəllüdlü qohumu Tural Misir oğlu Fərmanlı kəsilmiş-deşilmiş xəsarətlərlə Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. İlkin araşdırmalardan sonra hadisəni törətməkdə şübhəli bilinin 2004-cü il təvəllüdlü Məmmədov Tural Mübariz oğlu saxlanılıb. Faktla bağlı cinayət […]