Samuxda evləri sel suları basdı – Video

Samux rayonunun Burunqovaq kəndində evləri sel suları basıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Qabırrıçay çayına sel gəlməsi səbəbindən Samux rayonunun Burunqovaq kəndində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal […]

Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək – Sərəncam

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və bu Sərəncama əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planlarında göstərilmiş, dövlət mülkiyyətinə aid 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft […]

Ermənistan ordusu sərhəddən geri çəkilir?

Ermənistan ordusunun Azərbaycanla sərhədin bəzi hissələrində yerləşən mövqelərdən geri çəkilməsi barədə xəbərlər yayılıb. Bu barədə xəbərlər Ermənistanın müxtəlif media orqanlarında, ermənilərə məxsus teleqram kanallarında paylaşılıb. Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin qüvvələri Qarakilsə (Sisian) istiqamətində bəzi yerlərdən geri çəkilib. Həmçinin Arazdəyən (Yerarsx) istiqamətində də geri çəkilmənin olduğu deyilir. Ermənistan Müdafiə Nazirliyi məlumatı təkzib etsə də, yerli […]

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib. Məktubda deyilir: “Əlahəzrət, Əziz Qardaşım, Mərakeş Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. […]

Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb

Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vurub. Hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmənov elektrik cərəyanı vurması nəticəsində ölüb.(Report) Faktla bağlı araşdırma aparılır.

Bakıda qohumlar bıçaqlandı – 20 yaşlı oğlan saxlanıldı

İyulun 29-da saat 01 radələrində Bakı şəhər Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. 1999-cu il təvəllüdlü Emin Valeh oğlu Fərmanlı və 1989-cu il təvəllüdlü qohumu Tural Misir oğlu Fərmanlı kəsilmiş-deşilmiş xəsarətlərlə Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. İlkin araşdırmalardan sonra hadisəni törətməkdə şübhəli bilinin 2004-cü il təvəllüdlü Məmmədov Tural Mübariz oğlu saxlanılıb. Faktla bağlı cinayət […]

“Qızıl medal siyahısına xoş gəldiniz, Azərbaycan!”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Olimpiya çempionu olması münasibətilə Hidayət Heydərovu və Azərbaycanı təbrik edib.Bu barədə o, “X” hesabında paylaşım edib. “Qızıl medal siyahısına xoş gəldiniz, Azərbaycan! Keçmiş həvəskar cüdoçu kimi mən bir fəndin qalibiyyətə apardığını bilirəm. Təbriklər!”,- o qeyd edib.

Bakının bu ərazilərində qaz olmayacaq

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 30.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, işlər yekunlaşanadək Mətbuat prospekti, Mikayıl Müşfiq, Hüseyn Cavid, Ələsgər Ələkbərov, İzzət Bağırov və Ayna Sultanova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi prosesi başa çatır

Bu həftə deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatır. Bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, bu prosesə iyulun 13-dən başlanılıb və avqustun 2-si saat 18:00-dək davam edəcək. Seçki […]

Qarabağ Universitetində – Yeni təyinatlar

Qarabağ Universitetinə prorektorlar təyin olunub. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Belə ki, Nərgiz İsmayılova ali təhsil müəssisəsinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov isə elm və innovasiya məsələləri üzrə prorektoru vəzifələrinə təyin olunublar.  Qeyd edək ki, N. İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması […]