Parlament seçkilərini müşahidə edəcək müşahidəçilərin SAYI

1 sentyabr növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. o deyib ki, indiyə qədər 2794 müşahidəçi qeydə alınıb. Onların 1867-si öz təşəbbüsü ilə irəli sürülüb, 569-u iki QHT tərəfindən irəli sürülüb, 126-sı isə seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün YAP tərəfindən irəli […]

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək. B barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına dair tələblərin təsdiqlənməsi zamanı məlumat verib. Bildirilib ki, seçki bülletenlərində namizədlərin ad və soyadları əlifba sırası ilə yerləşdiriləcək: “Hər […]

Beynəlxalq səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyib

Beynəlxalq səyyahlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi minaların azərbaycanlı istehkamçılar tərəfindən zərərsizləşdirilməsi prosesini izləyiblər. Səyahətçilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzuli rayonunun Horadiz kəndinə gəliblər. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri qonaqlara işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmənin necə aparıldığını, hansı ərazilərin artıq təmizləndiyini və qarşıda hansı işlərin […]

İranın yeni seçilən prezidenti sabah and içəcək

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah iyulun 28-də səhər saat 10-da keçiriləcək. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, təntənəli andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, dövlət məmurları, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri də iştirak edəcəklər. Məlumata görə, mərasim İran televiziyaları ilə birbaşa yayımlanacaq. Bir müddət əvvəl […]

İxtisas seçiminin vaxtı açıqlandı: DİM bu abituriyentləri seçimə buraxacaq – ŞƏRTLƏR

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi tarixi açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq. Bəs builiki ixtisas seçiminə hansı abituriyentlər buraxılacaq? Modern.az saytı ali məktəbələrə qəbul mövzusunun aktuallığını nəzərə alaraq, DİM-in ixtisas seçimi müsabiqəsinin şərtlərini […]

Bəzi bölgələrə leysan yağıb – FAKTİKİ HAVA

İyulun 27-si saat 9:00-a olan məlumata görə, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Düşən yağıntının miqdarı Tərtərdə 39 mm, Qax (Sarıbaş), Zaqatalada 35 mm, Zərdabda 31 mm, Balakəndə 15 mm, Şəmkirdə 13 […]

Rusiya ilə saziş şeytanla sazişə bərabərdir – Podolyak

Müharibənin dayandırılması üçün Rusiya ilə müqavilə bağlamaq şeytanla müqavilə imzalamağa bərabərdir. Bu sözləri “Assoşeyited Press”ə müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. O bildirib ki, belə bir müqavilə Rusiya lideri Vladimir Putinə ordusunu gücləndirmək və müharibənin yeni, potensial olaraq daha qəddar mərhələsinə başlamaq üçün yalnız vaxt qazandıracaq.

İranlı idmançılara viza verilmədi

Niderland hökuməti İranın “Perspolis” futbol klubunun üzvlərinə viza verməyib. Bu barədə İran mediası məlumat yayıb. Buna görə də klubun iyulun 30-da Niderlandda təlim planı ləğv edilib. Vizanın verilməməsi Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar, həmçinin İran klublarında SEPAH-a bağlı şəxslərin olması ilə əlaqəlidir.

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə […]

İrəvana davam edən hərbi yardımlar – Ermənistanı müharibəyə hazırlayırlar – ANALİZ

Rəsmi İrəvan dörd ilə yaxındır yalan danışır, avantüra ilə məşğuldur. Elə Azərbaycanla sülh sazişinin imzalanmasını təşviq və təbliğ edən qərblilər, İran da ondan geri qalmırlar. Ermənistan və havadarları haqqında belə qənaətə gəlməyi təsdiqləyən faktlar var, hadisələr baş verir. Bu yaxınlarda Avropa İttifaqının Avropa Sülh Fondu bu ölkəyə hərbi məqsədlə on milyon avro ayırması haqqında qərar […]