İrəvana davam edən hərbi yardımlar – Ermənistanı müharibəyə hazırlayırlar – ANALİZ

Rəsmi İrəvan dörd ilə yaxındır yalan danışır, avantüra ilə məşğuldur. Elə Azərbaycanla sülh sazişinin imzalanmasını təşviq və təbliğ edən qərblilər, İran da ondan geri qalmırlar. Ermənistan və havadarları haqqında belə qənaətə gəlməyi təsdiqləyən faktlar var, hadisələr baş verir. Bu yaxınlarda Avropa İttifaqının Avropa Sülh Fondu bu ölkəyə hərbi məqsədlə on milyon avro ayırması haqqında qərar […]
Qəbələdə orta məktəb yandı

Qəbələ rayonunun Zarağan kəndində orta məktəb yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 2300 m² (hər mərtəbəsi 1150 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan otağın yanar konstruksiyaları yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən […]
Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Türkiyə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında görüşə hazırlıqdır. Bu sözləri rusiyalı politoloq Sergey Markov bildirib. Onun sözlərinə görə, iki liderin görüşü üçün hazırda şərtlər müzakirə olunmaqdadır: “Barışığın əsas səbəbləri bunlar ola bilər: Birincisi, türklər milyonlarla suriyalı qaçqından yorulub və onların varlığı Ərdoğanın populyarlığını aşağı salır. İkincisi, Əsəd Rusiya və […]
Yağış yağacaq, külək güclənəcək – Xəbərdarlıq

İyulun 27-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 28-dən 29-u axşamadək isə bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı […]
Günel Cavadxanın ölüm səbəbi bəlli oldu

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı jurnalist Günel Cavadxan vəfat edib. Günel Cavadxan beyninə qansızmadan vəfat edib. Mərhumun nəşi İstanbuldan Baklya gətirilib. Onun yas mərasimi Heydər Məscidində baş tutacaq. Qeyd edək ki, Günel Cavadxan jurnalist faəliyyəti ilə yanaşı PR menecer kimi də çalışıb.(Azxəbər)
İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb. Mətnini təqdim edir: “Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Bakıdakı bağçalara növbəyə yazılma başladı

Bakıdakı məktəbəqədər təhsil müəssisəsinə (bağça) növbəyə yazılma prosesi başlayıb. Məktəbəqədər təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul isə il ərzində aparılır. Məlumat üçün bildirək ki, bağçalara onlayn qeydiyyat iyulun 16-dan www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə başlayıb. Qeyd edək ki, əvvəlki […]
Pensiya alanların nəzərinə!

Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödəyib. Bu barədə DSMF-dən məlumat yayıb. Qeyd olunub ki, bundan əvvəl, iyulun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyulun 17-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyul ayının pensiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün […]
Xırdalan və Masazırın bəzi hissəsində qaz olmayacaq

Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azəriqaz” məlumat yayıb., SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən iyulun 26-sı saat 10:00-dan “Masazır” QPS-dən qidalanan “Masazır Qəsəbəsi(Masazır QPS)”, “Duz Zavodu(Masazır QPS)” və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. […]
Parisdə Olimpiya kəndində qida çatışmazlığı

Böyük Britaniyadan olan idmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından və keyfiyyətsiz yeməklərdən şikayətləniblər. Bu barədə Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Enson “Daily Mail” nəşrinə bildirib. Vurğulanıb ki, idmançılar Olimpiya kəndindəki əsas restorandan narazıdırlar. “İaşə şirkəti yeməklərin çatdırılmasını sürətləndirmək üçün çalışır. Müəyyən qidalar kifayət deyil: yumurta, toyuq, müəyyən karbohidratlar. Bundan əlavə, idmançılara çiy ət verilir. Halbuki, […]