Hicaba görə gənc qadın güllələndi

İranın Mazandaran əyalətinin Nur şəhərində hökumət məmurları məcburi hicab qaydalarını pozan 30 yaşlı Arzu Bədrini güllələyib. Bu barədə yerli insan haqları fəalları məlumat yayıb. “Arzu Bədrinin məcburi hicab qaydalarını pozduğuna görə avtomobilinin müsadirə olunmasına qərar verilib. Bədri şəhərdə şəxsi avtomobili ilə hərəkət etdiyi zaman polis onu saxlamaq və avtomobilini əlindən almaq üçün iki dəfə atəş […]

Sabah yağış intensivləşəcək

İyulun 26-da Azərbaycanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, […]

Polad Bülbüloğlu deputatlığa namizəd olacaq?

“Şuşalılar məni parlamentdə öz nümayəndələri olaraq seçsələr, onların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm. Şuşadan deputat olmaq böyük şərəfdir”. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Novoe vremya” portalına müsahibəsində bildirib. Belə ki, o, jurnalistin “Azərbaycan hazırda növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşır. Bununla əlaqədar olaraq soruşmaq istərdik, parlamentdə Qarabağın ürəyi – Şuşa şəhərini təmsil etmək üçün […]

Tələbələrin köçürülməsinə başlanılıb

Bu gündən 2024-2025-ci tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanıb. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr iyulun 31-i 18:00-dək portaldan (portal.edu.az) qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratdıqdan sonra, istifadəçi adı və paroldan istifadə etməklə müvafiq bölməyə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə […]

Türkiyə Təhlükəsizlik Şurası toplanır, Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunacaq

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması olacaq. Həmçinin, Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə barədə də fikir mübadiləsi aparılacaq. Eyni zamanda, Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəlikdə olacaq. Qeyd olunub […]

Polkovnik Həziyev həbs olundu

Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. Bununla bağlı Hərbi Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub. Belə ki, S. Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) […]

Qış Olimpiya Oyunlarının ev sahibləri müəyyənləşdi

2030-cu il və 2034-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.  Bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar qəbul edib. Qurumun 142 sessiyasında verilən qərara əsasən, 2030-cu ildəki turnir Fransa Alplarında keçiriləcək. Bununla da ölkə 4-cü dəfə Qış Olimpiadasını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil […]

İki sərhədçimiz yaralandı

İyulun 24-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.Bu barədə Dövlət Sərhəd Xidməti məlumatı yayıb. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçıblar.  […]

Bu cərimələr də artırıldı

İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin normadan artıq yüklənməsinə görə cərimələr artırılıb. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Dəyişikliklə Məcəllənin 127-1-ci maddəsi (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta […]

Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.“PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov parkda görülən işlər barədə dövlət başçısına məlumat verib. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin […]