Bakının bir sıra yollarında sıxlıq var – SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
İlham Əliyev Oksfordda rəsmi ziyafətə qatıldı

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısı iştirakçılarının şərəfinə təşkil olunan rəsmi ziyafətdə iştirak edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
İlham Əliyev: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik

Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. Yenixeber.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində […]
İlham Əliyev Oksfordda dəyirmi masada iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oksfordda Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və əlaqə” mövzusunda dəyirmi masada iştirak edir. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Aşura günü 800 nəfər zəhərləndi

İyulun 16-da İranın Mazandaran əyalətinin Gəluqah şəhərində 800 nəfər zəhərlənib. Bu barədə əyalətin səhiyyə sistemi məlumat yayıb. Bildirilib ki, Aşura günü münasibətilə paylanılan şərbətlərdən zəhərlənənlər xəstəxanalara köçürülüb. Onların çoxu müalicədən sonra evə buraxılıb, bir neçəsinin isə vəziyyəti ağırdır.
Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi – Təcili

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Report-a açıqlamasını təqdim edirik: – Hikmət müəllim, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu, baş tutacaqmı? – Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış […]
İlham Əliyev Oksfordda Lyuk Fridenlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev Böyük Britaniyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir. Səfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə baş tutub.
İran nüvə silahı əldə etmək ərəfəsindədir – Xəbərdarlıq

“Amerikaya ölüm” deyən İrandakı dini diktatura hökuməti nüvə silahı əldə etmək ərəfəsindədir. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç xəbərdarlıq edib. O, ABŞ və başqa dövlətləri Tehran hökumətinin bu istiqamətdəki fəaliyyətlərinin qarşısını almağa çağırıb.
İranda qeyri-fars adlara qarşı məhdudiyyətlər gücləndi

Adlar bazası İran və islam adları ilə zənginləşdirilməlidir və interaktiv sistem valideynlərə İran və islam adlarını seçməkdə yardım etməlidir. Bunu İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinin rəhbəri Haşım Kargər deyib. O, İran milli kimliyinin inkişaf etdirilməsi üçün əlaqədar qurum və şəxslərə kimlik sahəsində məlumat bazasını İran və islam mədəniyyətinə aid olan adlarla zənginləşdirməyi tövsiyə edib. Qeyd edək […]