Ürəyin içini göstərən yeni texnologiya icad edildi

Alimlər insan ürəyinin iç quruluşunu, toxumanı çəkib göstərə bilən texnologiya tapıblar. “Google Earth”a bənzəyən yeni texnologiya HİP KT adlanan X şüalarla çalışan yöntəm ürəyi insanın saç tükünün yarısı incəliyində göstərə bilir. Bu, ürəyi kəsmədən bütün quruluşunu incələyib, ürək xəstəliklərini daha dəqiq diaqnoz və müalicə imkanı verəcək. London kollecinin araşdırmaçıları sağlam və xəstə ürəyi bu metodla […]
Xeyli adama borcu olan şəxsin çürümüş meyiti tapıldı

Beyləqanda asılmış vəziyyətdə 41 yaşlı çürümüş kişi meyiti tapılıb. Hadisə rayonun Bolsulu qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Kəbirli kənd sakini Həsən Qənbər oğlu Qənbərlinin ciddi çürümə əlamətləri olan asılmış meyiti yardımçı tikilidə aşkar edilib. İlkin məlumata görə, Həsən Qənbər oğlu Qənbərlinin bir çox adama borcu olub. Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.
Azərbaycan neftinin qiyməti 89 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,8 % artaraq 89,27 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 85,43 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından […]
Beyləqanda silahlı insident olub

Beyləqan rayonunda silahlı insident olub. Hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib. Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Bakı yollarındakı son vəziyyət açıqlanıb

Bakı şəhərinin yollarındakı son vəziyyət açıqlanıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Qəzzada 10 ayda 40 min insan öldürülüb – Lavrov

İsrailin Qəzza zolağında 10 ay davam edən hərbi əməliyyatı zamanı 40 minə yaxın fələstinli mülki şəxs həlak olub, 90 min nəfər isə yaralanıb. Bunu BMT Təhlükəsizlik Şurasının sədri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi ilə bağlı iclasda çıxışı zamanı deyib. “İsrailin amerikalı müttəfiqləri ilə birlikdə apardığı genişmiqyaslı hərbi […]
Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq – SƏBƏB

Azərbaycanda dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb. Belə ki, bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq. Vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi […]
Pezeşkianın rəqibinin korrupsiya faktları üzə çıxdı

Prezident seçkilərində Məsud Pezeşkianın rəqibi olan Tehran meri Əlirza Zəkaninin korrupsiya faktları üzə çıxıb. Bu barədə sosial media kanallarında paylaşımlar edilib. Bildirilib ki, Əlirza Zəkani bir neçə avtobus və elektriklə işləyən avtomobil almaq üçün Çin hökumətinə 2 milyard dollar pul ödəyib. “Zəkaninin ödədiyi məbləğin 1 milyardı ilə Çin Türkiyədə avtomobil istehsalı zavodu təsis edib. Soruşuruq […]
Azərbaycanlı xanım jurnalist cəzalandırıldı

Tehranda yaşayan azərbaycanlı jurnalist, ictimai fəal Əsəl Dadaşlı 2022-ci ilin etiraz aksiyalarında məmurlar tərəfindən öldürülən Nika Şakərəmi ilə bağlı məlumat yaydığına görə cəzalandırılıb. Bu barədə o özünün sosial media hesabında paylaşım edib. Məlumata görə, Tehran İkinci Cinayət Məhkəməsinin 1027 saylı şöbəsi “yalan məlumatlar yaymaq” ittihamı ilə Dadaşlını 6 milyon 600 min tümən (rəsmi məzənnə ilə […]
Rusiyadan Azərbaycana mal daşıyan qatar aşdı – Fotolar

Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb. Hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəydiyi bildirilib. Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”nun sorğusuna belə cavab verilib: “Bu gün saat […]