Günün qoroskopu: Həllini gözləyən məişət problemləri var

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Qoç – günün ilk yarısından etibarən məhsuldar işləməyə çalışın. Mürəkkəb, birmənalı olmayan işlərin öhdəsindən gələ bilərsiniz. İşdə rəhbərliklə təmaslarda, həmkarlarınızda münasibətlərdə sayıq olun. Kobudluq etməyin. Günün ikinci yarısında şəxsi münasibətlərdə yarana biləcək anlaşılmazlığı aradan qaldırın. Sevdiyiniz insanın tələblərini nəzərə […]
Kamran Əliyev Lerikdə qəbul keçirdi – Prokurorlara tapşırıqlar verdi

Baş prokuror Kamran Əliyev Lerik rayon prokurorluğunun inzibati binasında Lerik, Lənkəran, Astara rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Baş prokuror əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Qəbulda iştirak edən 32 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların […]
“Moon Kids”in direktorunun həbsi ilə bağlı – Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, “Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru cinayət məsuliyyətinə cəlb edilib. Məsələ ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilib ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə […]
İran Tacikistanla viza rejimini ləğv edir

İran Tacikistanla viza rejimini dörd şərt daxilində ləğv edir. Bu barədə İranın Tacikistandakı səfirliyindən bildirilib. Məlumata görə, İranın irəli sürdüyü şərtlər aşağıdakılardır: Viza rejiminin ləğvi tarixi hələ müəyyən edilməyib. Bildirilib ki, İran Xarici İşlər Nazirliyi məsələ ilə bağlı əlavə məlumat verəcək.
Ayaqqabı bağı ilə özünü asdı

Ötən gün Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yerləşən nömrəsiz fərdi evdə yaşayan Teymur Hümbətov hamam otağındakı borudan boyun nahiyəsinə düyünlədiyi ayaqqabı bağı ilə özünü asaraq intihar edib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Rəfail Mehdiyev işdən çıxarıldı – Yeni təyinat

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev vəzifəsindən azad edilib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb. Digər əmrlə Cəmil Kamilli yeni idarə rəisi təyin edilib. Qeyd edək ki, C.Kamilli tanınmış həkimdir, illərlə həkim-qastroenteroloq kimi fəaliyyət göstərib. Fotoda: Cəmil Kamilli
Baş nazirdən taksi sürücüləri ilə bağlı – Qərar

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi […]
Beyləqanda ağır qəza – Ölənlər var

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon mərkəzində qeydə alınıb. “Hundai” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər- 66 yaşlı Nizami Hüseynov və 59 yaşlı Səbirə Məmmədova hadisə yerində ölüb. Qəzada xəsarət alan 5 nəfər xəstəxanaya çatdırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
İlahi müdaxilənin – Görüntüsü
Ç-2024-ün 1/8 finalında Avstriyaya 2:1 hesabı ilə qalib gələn Türkiyə yığmasının qapıçısı Mert Günok oyunun son dəqiqələrində kritik qurtarış edib. Yenixeber.org xəbər verir ki, o, matçın 90+4-cü dəqiqəsində rəqibin hesabı bərabərləşdirməsinə fürsət yaratmayaraq komandasının 1/4 finala çıxmasında böyük rol oynayıb. Matçı birbaşa yayımlayan İctimai televiziyanın şərhçisi Tural Dadaşov həmin epizodu “İlahi müdaxilə” adlandırıb. Sözügedən ifadə […]
Günün qoroskopu: peşəkarlıq sizdən mütəhərrik və çeviklik tələb edir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Qoç – məqsədlər arasında çaş-baş qalmayın. Qarşınıza bir hədəf qoyun, onu prioritet sayın və əldə etməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyin heç bir mənası yoxdur. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla münaqişə istisna olunmur. Çətin situasiyanın […]