Milli Məclisin son iclası keçirilir

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası keçirilir. İclasın gündəliyinə 15 məsələ daxildir. İclasda 102 millət vəkili iştirak edir.

Mahir Quliyevin cəzası azaldıldı

Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin həbs müddəti azaldılıb. Hakim Teyyub Muxtarovun sədrliyi ilə Ali Məhkəmədə keçirilən prosesdə onun cəzası 8 il 3 aya endirilib.  Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) […]

“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər”

“Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz”. Bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev ATV-də qonaq olarkən danışıb. O bildirib ki, sürət həddi ilə bağlı protokollar elektron qaydada tərtib edilir: “Stasionar postda yol patrul xidmətinin əməkdaşı sürücünü saxlayıb sənədlərə baxış keçirə bilər. Lakin hər hansı qayda pozuntusu […]

Bu il Xocavəndə 53 ailə köçürüləcək

Bu ilin sonuna kimi Xocavəndə 53 ailənin köçürülməsi nəzərdə tutulub. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Xocavənd şəhərinə bitişik kənd Xocavənddə də hazırda təmir işləri aparılır.

VI çağırış Milli Məclisin sonuncu plenar iclasının gündəliyinə dəyişiklik edilib

VI çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasının gündəliyi dəyişib. Parlamentin bugünkü iclasının gündəliyinə “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi daxil edilib. Bununla da VI çağırış üzrə bugünkü sonuncu plenar iclasda gündəliyə təklif olunan məsələlərin sayı 15-ə çatıb. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası […]

Talış Dağlıq zonasında güclü zəlzələ olub – YENİLƏNİB

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub. Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib. “Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 […]

Bastrıkin miqrantlarla bağlı yeni hiyləsini açıqladı

“Bilirsiniz ki, biz miqrantların Rusiyanı yavaş-yavaş tərk etməyə başlamasına səbəb olan bir hiylə tapdıq”. Bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda deyib. Onun sözlərinə görə, Rusiya vətəndaşlığını ala bilmiş 10 minə yaxın miqrant ordu sıralarına qatılıb. “Konstitusiyanın və qanunlarımızın vətəndaşlıq alan şəxslərin qeydiyyatdan keçməli olduğu müddəalarını həyata keçirməyə başladıq”. Onun qeyd […]

Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü – Fotolar

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb. Aktualtv.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam etdirilib. Geniştərkibli görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud […]

Builki sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların adları açıqlanıb – SİYAHI

Builki sertifikasiya imtahanlarında 0-29 bal aralığında nəticə göstərən ibtidai sinif müəllimləri ən çox Astara rayonu üzrə olub. Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, həmin rayon üzrə 33 faiz müəllim 0-29 bal arası nəticə göstərib: “Siyahı üzrə ilk sırada Azərbaycan […]