Bakının bir sıra yollarında tıxac var – SİYAHI
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə […]
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar. Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının […]
Normallaşma prosesini əngəlləyən “üçlük” – Dekotinyi, Okampo və katalikos – ŞƏRH
Fransa Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət sərgiləməkdə davam edir. Bu ölkənin Ermənistandakı səfiri Olivye Dekotinyi də bu fəaliyyətin öncülləri sırasındadır. Yenixeber.org: O, növbəti dəfə Azərbaycanla şərti sərhəddə yerləşən kəndə səfər edib, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) qərargahında olub. “Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etmək bizim üçün böyük şərəf oldu və biz ona missiyanın son […]
Cənub Qaz Dəhlizinin idarə olunması SOCAR-a həvalə olundu
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Sərəncamda dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Neft Şirkəti səhmlərinin 49 faizi dövlətə, 51 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Layihələrin səmərəli idarə olunmasını […]
İsrail tankları Dəməşqin 20 kilometrliyindədir – KİV
İsrail ordusuna məxsus zirehli texnikalar Suriya ərazisinin dərinliklərinə doğru irəliləyib. Bu barədə məlumatı öz mənbələrinə istinadən “Al-Mayadin” yayıb. Bildirilib ki, İsrail tankları hazırda paytaxt Dəməşqdən təqribən 20 kilometr məsafədə yerləşir. Telekanalın hesablamalarına görə, İsrail aviasiyası Suriyanın hərbi obyektlərinə 250 zərbə endirib. Belə ki, dekabrın 10-na keçən gecə Homs, Hama və Rəqqə vilayətlərində hədəflərə zərbələr endirilib.
“Qarabağ”ın “Elfsborq”la oyununu portuqal hakimlər idarə edəcək
“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçin “Elfsborq” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb. UEFA dekabrın 12-də Borasda təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib. Matçı Antonio Nobre idarə edəcək. Ona Pedro Ribeiro və Nelson Pereira köməklik göstərəcək. Hakim-inspektor Stefano Podeski (San Marino), UEFA nümayəndəsi isə Yan Atkins (İngiltərə) olacaq.
Nazir məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib
Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır. “Report” un Sumqayıt bürosu məlumat verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, burada iki məsələ xüsusi qeyd olunmalıdır: “Birincisi, pul yığılması məsələsi yolverilməz haldır və […]
Kobaxidze: LGBT təbliğatı ilə avrointeqrasiyanı eyniləşdirmək olmaz
LGBT təbliğatı ilə Avropaya inteqrasiyanı eyniləşdirmək cəhdləri narahatlıq doğurur. Bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib. “LGBT-yə qarşı qəbul edilən qanuna gəlincə, konkret insanlar, siyasətçilər və bürokratların bu təbliğatla Avropaya inteqrasiyanı eyniləşdirməsi son dərəcə narahatlıq doğurur. Bu qanunun nəyi nəzərdə tutduğunu xatırlatmaq istərdim. Bu qanun eynicinsli tərəfdaşlıqların leqallaşdırıla bilməyəcəyini, yəni onlara qanun forması verilə bilməyəcəyini […]
Parlamentdə onlara yeni vəzifə VERİLDİ – SİYAHI
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilib. Parlamentin bugünkü plenar iclasının gündəliyinə salınan məsələ barədə məlumat verilib. Komissiyanın 5 üzvü Milli Məclis tərəfindən təyin edilir: Ziyafət Əsgərov Arzu Nağıyev Fərid Hacıyev Əminə Ağazadə Vüqar Gülməmmədov Layihə səsə qoyularaq qəbul edilib.
Parlament toplaşdı – Gündəlikdə 15 məsələ var
[center][img]https://azadmedia.az/uploads/posts/2024-12/1733814956_1733495450_dsc_6107_1617375736.jpeg[/img][/center] Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 15 məsələ daxil edilib: 1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında. 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası […]