Müğənni 104 min manatını geri ala bilmir: “Sizə halal etmirəm” 

Əməkdar artist Yusif Mustafayev dostlarına verdiyi 104 min manat borcu hələ də geri ala bilməyib. Bu barədə sənətçi “Xəzər axşamı” proqramında danışıb. O, borc verdiyi pulları əziyyətlə qazandığını bildirib: “Verdiyim borcları hələ də almamışam. Dostlarımdır, amma deyirəm ki, adlarını çəkəcəyəm, qınaq obyektinə çevriləcəklər. Biz ailə dostları olmuşuq. İndi ancaq salam-sağol var. Bir dostumun 60 min […]

Bakının tıxaclı yolları… – Siyahı

Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində; 5. Yusif Səfərov küçəsi, mərkəz […]

Qərb suveren dövlətlərə qarşı – “beşinci kolon” vasitəsilə Cənubi Qafqazın hədəfə alınmasının pərdəarxası – ŞƏRH

Qərb xarici ölkələrdə yaratdığı və sınaqdan keçirdiyi “beşinci kolon” vasitəsilə ölkələrin daxilində vəziyyəti pisləşdirərək gərginlik yaratmağa çalışır. Hər zamankı kimi müxtəlif dövlətlərin daxili işlərinə qarışmaq, qarşıdurma yaratmaqla məşğuldur. Bu proseslər qurban seçilən dövlətlərə ziyandan başqa heç nə gətirmir. Təmin olunan yalnız Qərbin maraqlarıdır. Onların xarici ölkələrdə öz “beşinci kolon”larını yaratmaq üçün sınaqdan keçmiş metodologiyası var. […]

Xalqdan üzr istəyib istefa verdi

Cənubi Koreyanın müdafiə naziri Kim Yong-Hyun ölkədə hərbi vəziyyətin elan olunmasından sonra yaranan vəziyyətə görə vətəndaşlardan üzr istəyib və istefa verib. Bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.  Ölkə mediasının məlumatına görə, məhz Kim Yong-Hyun Prezident Yun Sok Yola ölkədə hərbi vəziyyət elan etməyi tövsiyə edib.  Xatırladaq ki, dünən Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan […]

Dünənki partlayışdan şoka düşən qadın öldü

Sumqayıtda ötən gün baş verən partlayış zamanı şok keçirən qonşu qadın bu gün ölüb. Dekabrın 3-də Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində partlayış baş verən mənzillə qonşu olan evdə yaşayan 1952-ci il təvəllüdlü qadın bu gün həyatını itirib. İlkin məlumata görə, sözügedən hadisənin şokundan ayılmayan qadın ürəktutmadan ölüb.(Report)

Naxçıvanda axund intihar etdi – Foto

Naxçıvanda intihar hadisəsi baş verib. Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri, axund Sahib Məmmədov intihar edib. O, yaşadığı evdə özünü asıb. Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.(Unikal)

Messi və komanda yoldaşları Bakıya gəlir – Bu tarixdə

Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) Bakıya gəlirlər! Dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaq. İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, […]

Makronu zəif adlandırdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu öz vəzifəsindən getməli olan zəif şəxs adlandırıb. Medvedev bu barədə öz teleqram kanalında paylaşım edib. “Fransa Prezidenti Makron hökumət böhranının öhdəsindən gələ bilmədi və getməlidir. O, zəifdir”, – deyə sədr müavini qeyd edib. D.Medvedev, həmçinin Makronun hazırda ABŞ tərəfindən dəstəkləndiyini, gələcək taleyinin isə naməlum […]

Cənubi Koreya prezidentinə qarşı impiçment proseduru başladıldı

Cənubi Koreyada altı müxalif partiya Prezident Yun Sol Yola qarşı impiçment prosedurunu başladıb. Bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.  Qaydalara əsasən, impiçment ilə bağlı təklifə səsvermə məsələnin plenar iclasda nəzərdə keçirilməsindən sonra 24-72 saat ərzində baş tutmalıdır. Sözügedən plenar iclas isə dekabrın 5-i axşam saaatlarında keçirilməlidir. Bu isə o deməkdir ki, impiçmentlə bağlı səsvermə dekabrın […]

“Səylərimiz mütləq 20-25 ildən sonra özünü göstərəcək”

“Azərbaycanın bir çox dövrlərdə məktəbəqədər təhsillə əhatə olunması 10 faiz civarında olub. Hazırda hədəfimiz bu rəqəmi 50 faizə çatdırmaqdır. Bu, çox böyük göstəricidir”. Bunu “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” II Beynəlxalq Konfransda elm və təhsil naziri Emin Əmrullayev bildirib. O qeyd edib ki, nazirliyin ən böyük islahatlarından biri 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsidir: […]