Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib. Bu barədə qurumun “X” hesabında yazılıb: “Azərbaycanın Xocavənd rayonunun Qarakənd şəhərində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri tərəfindən vurulub”, – paylaşımda bildirilib.
İslandiyalı nazir müavini: İqlim dəyişikliyinin nəticələri bu sahədə əməkdaşlığı zəruri edir
İqlim dəyişikliyinin nəticələri iqlim böhranı ilə mübarizədə əməkdaşlığı zəruri edir. Bunu İslandiyanın ətraf mühit, enerji və iqlim nazirinin müavini Helqa Barodotir COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib. “2024-cü il, çox güman ki, bəşər tarixinin ən isti ili və 1,5 dərəcə həddini keçən ilk il olacaq. Bu cür istiləşmə səviyyəsinin planetimizə gətirdiyi dəyişikliklər dağıdıcıdır. Son illərdə […]
Hindistanın xarici işlər nazirinin COP29-dan GÖZLƏNTİLƏRİ – EKSKLÜZİV
COP29 konfransına dövlət rəsmiləri gəlməyə davam edir. Nazirlər müxtəlif konfranslarda iştirak edirlər, pavilyonları gəzib, təəssüratlarını bölüşürlər. Xarici nazirlərin konfransda iştirakının əsas səbəbi öz ölkələrində iqlim dəyişikliyinin nəticələrini müzakirə etmək və həll yolları tapmaqdır. COP29-da iştirak edən Hindistanın xarici işlər naziri Kirti Vardhan Singh Bizim.Media-ya konfransdan gözləntilərini açıqlayıb: “Biz, inkişaf etməkdə olan bir ölkə olaraq, iqlim […]
Rəşad Nəbiyev: “2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir”
Azərbaycan dayanıqlı nəqliyyat sistemi qurmaqda qətiyyətlidir. Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən nazirlərin mətbuat konfransında deyib. Nazir qeyd edib ki, Azərbaycanın Milli Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində “yaşıl nəqliyyat” siyasətlərinin planlaşdırılması və tətbiqi üçün praktik yollar müəyyən edilib: “Emissiyaların azaldılması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafına […]
Maliyyə naziri: “Yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur”
Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib. Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək: “Biz bu prosesə […]
Enrike Oçoa: Dünya sürətlə iqlim fəlakətinə irəliləyir
Hesabatlar göstərir ki, dünya sürətlə iqlim fəlakətinə doğru irəliləyir. Bunu Meksikanın çoxtərəfli məsələlər və insan hüquqları üzrə katibinin müavini Enrike Oçoa COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib. “Əgər qlobal temperatur 3 dərəcə artarsa, planetdə təhlükəsiz yer olmayacaq. Biz kursu dərhal dəyişməsək, bu, baş verəcək. İqlim öhdəlikləri və birtərəfli qərarlardan geri çəkilmək üçün yer yoxdur”, – […]
Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət dəqiqləşib
Azərbaycan yığmasının 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət dəqiqləşib. Yığma IV səbətdə olacaq. I səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya II səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç III səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, […]
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? – Polis araşdırır
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib. Aktualtv.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayan Ataşovanın sözlərinə görə, “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslər susması üçün səhifələrinə haker hücumları təşkil edir. Jurnalist bir neçə estetik cərrahın adını çəkib. İddia edib ki, övladlarının həyatına zərər yetiriləcəyi […]
BMT: Şəhər sakinlərinin yarısı həddindən çox istilik riski ilə üzləşə bilər
İqlim böhranına ən az töhfə verənlər ən yüksək qiyməti ödəyəcəklər. Bunu BMT-nin Baş Katibinin iqlim fəaliyyəti üzrə xüsusi müşaviri Selvin Hart COP29 çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib. “Heç bir qitə, heç bir bölgə, heç bir ölkə immunitetə malik deyil. Dünya 1,5 dərəcə həddinə yaxınlaşdıqca, iqlim xaosunun qiyməti […]
Zhang Ling: “Azərbaycan təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır”
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) prioritet sahəsi olan təhlükəsiz və effektiv nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycan əlaqələndirici ölkə kimi mühüm rol oynayır. Bunu CICA-nın baş katibinin müavini Zhang Ling BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin […]