Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyidir

Bu gün Türkiyə Respublikasının qurulmasının 101 illiyidir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra – 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. […]

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda qeyd edib: “Qardaş Özbəkistanın tarixində ilk dəfə olaraq qarışıq seçki sistemi üzrə keçirilmiş bu səsvermə ölkənizin demokratik dövlət quruculuğu prinsiplərinə sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi. Səsvermənin nəticələri xalqınızın Sizin qətiyyətlə yürütdüyünüz […]

Leyla Əliyeva Sumqayıtda tədbirdə – Fotolar

Oktyabrın 28-də Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Ülviyyət” adlı tədbir keçirilib. Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin simli kvartetinin ifasında musiqi əsərləri səsləndirilib. Leyla Əliyeva tədbirdə sərgilənən müxtəlif sənət […]

Nazir pambıq sahələrində – Fotolar

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlax və Goranboy rayonlarında pambıq sahələrinə baş çəkib, məhsul yığımının gedişi ilə tanış olub. Nazir əvvəlcə Yevlaxın Aran qəsəbəsində fermer Amid Bədəlovun pambıq sahəsi ilə tanış olub, yığım prosesində iştirak edib. 6,7 hektar sahədə yerləşən pambıq sahəsində yığım ərəfəsi son aqrotexniki tədbirlər həyata keçirilib, sahə defolyasiya olunub. Aqrotexniki qulluq qaydalarına […]

Zakir Həsənov Şamşad Mirzanı qəbul etdi – Fotolar

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Yenixeber.org xəbər verir ki, görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələrini ehtiramla anıblar. Müdafiə […]

Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi

Şəki şəhərində yerləşən “Şərifoğlu” tikinti materialları mağazasının sahibi həbs edilib. 36 yaşlı iş adamı S.Kərimli (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Bildirilib ki, Şəkidə tarixi məkanlara gedən marşrutun üzərində yerləşən mağazanın sahibi dəfələrlə tikinti materiallarını Zərifə Əliyeva küçəsinin kənarına və səkiyə yığıb. Ona həmin yerlərə materialları yığmaması barədə xəbərdarlıq edilsə də, əhəmiyyət […]

Bakıda eyni vaxtda leysan və günəşli havaya – Səbəb nədir?

Məlum olduğu kimi, bu gün səhər saatlarından etibarən Bakının bəzi ərazilərinə güclü yağış yağıb. Xüsusən paytaxtın Nərimanov, Sabunçu rayonlarında leysan müşahidə olunub. Lakin Yasamal, Binəqədi, o cümlədən, Xırdalandan olan izləyicilərimiz yaşadıqları ərazilərdə yağışsız və günəşli havanın müşahidə olunduğunu bildiriblər.  “Qafqazinfo” paytaxtda eyni vaxtda müşahidə olunan təzadlı hava ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu […]

Sumqayıtda usta faciəvi şəkildə öldü

Sumqayıt şəhərində elektrik cərəyanı vuran usta ölüb. Hadisə şəhərin “Mero” adlanam ərazisində qeydə alınıb. 1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə usta işləyərkən onu elektrik cərəyanı vurub. Qoşqar Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Gürcüstandakı azərbaycanlıların seçimi – sülh, sabitlik, əməkdaşlıq, birlik – ŞƏRH

Bazar günü, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri hakim “Gürcü Arzusu” Partiyasının qələbəsi ilə başa çatdı. 54,23 faiz səslə qalib olan hakim partiyanın bu zəfəri ölkə və bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Qərbin təzyiqləri, hətta sanksiyalarına baxmayaraq, xalq seçimini etdi – sabitliyə, əmin-amanlığa səs verdi. İlk növbədə, seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə, regionda […]

Gürcü spiker: Müxalifət dövlət çevrilişi ssenarisini izləyir

Müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir. Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib. O, Gürcüstan xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyini əlavə edib. “Hər şey eynilə bizim daha əvvəl də dediyimiz kimi müxalifət tərəfindən yazılmış ssenari üzrə gedir. Biz bunu ona görə deyirdik ki, onlar texniki hökumət barədə danışırdılar. Biz […]