Sumqayıtda usta faciəvi şəkildə öldü
Sumqayıt şəhərində elektrik cərəyanı vuran usta ölüb. Hadisə şəhərin “Mero” adlanam ərazisində qeydə alınıb. 1978-ci il təvəllüdlü Qoşqar İsa oğlu Məmmədov fərdi evdə usta işləyərkən onu elektrik cərəyanı vurub. Qoşqar Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Gürcüstandakı azərbaycanlıların seçimi – sülh, sabitlik, əməkdaşlıq, birlik – ŞƏRH
Bazar günü, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri hakim “Gürcü Arzusu” Partiyasının qələbəsi ilə başa çatdı. 54,23 faiz səslə qalib olan hakim partiyanın bu zəfəri ölkə və bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Qərbin təzyiqləri, hətta sanksiyalarına baxmayaraq, xalq seçimini etdi – sabitliyə, əmin-amanlığa səs verdi. İlk növbədə, seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə, regionda […]
Gürcü spiker: Müxalifət dövlət çevrilişi ssenarisini izləyir
Müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir. Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib. O, Gürcüstan xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyini əlavə edib. “Hər şey eynilə bizim daha əvvəl də dediyimiz kimi müxalifət tərəfindən yazılmış ssenari üzrə gedir. Biz bunu ona görə deyirdik ki, onlar texniki hökumət barədə danışırdılar. Biz […]
Sabahın hava proqnozu
Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-18° […]
XİN: İran İsrailin son hücumuna cavab verəcək
İran İsrailin son hücumuna cavab verəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib. O bildirib ki, rəsmi Tehran son hücumlara cavab verməkdə qərarlıdır. Qeyd edək ki, oktyabrın 26-da İsrail İrana kütləvi zərbələr endirib, bir neçə obyekti vurub. İran Prezidenti Məsud Pezeşkian vurğulayıb ki, ölkəsinin istənilən cavabı balanslı və düşünülmüş olacaq.
Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib
Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə təbrik edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, Ə.Əsədov Gürcüstanda keçirilmiş İ.Kobaxidzeyə təbriklərini çatdırıb, bu qələbəni dost Gürcüstan xalqının ölkədə həyata keçirilən siyasi kursa dəstəyinin növbəti təsdiqi kimi qiymətləndirib. Seçkilərin nəticələrinin Gürcüstanın tərəqqisinə […]
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Neft kəskin ucuzlaşdı
Dünya birjalarında neft kəskin ucuzlaşıb. Hazırda “Brent” markalı neftin bir barreli ötən günlərlə müqayisədə ucuzlaşaraq 72,61 dollara, yüngül neftin bir barreli isə 68,44 dollara satılır.
Ordumuz dünyanın ən güclüləri sırasında…
Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb. Bunu ABŞ-ın “U.S. News and World Repоrt” nəşri tərəfindən təqdim olunan məlumatlar əks etdirir. Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb. Eyni zamanda siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb. “U.S. News and World Repоrt” Azərbaycan haqqında digər […]
Ermənistanın Bərdədə törətdiyi terrordan dörd il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə tutub. Ermənistanın beynəlxalq hüquqla qadağan […]