Ermənistanın Bərdədə törətdiyi terrordan dörd il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə tutub. Ermənistanın beynəlxalq hüquqla qadağan […]

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Yenixeber.org xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 5. […]

Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 27-dən 2025-ci il martın 30-dək qüvvədə olacaq payız-qış uçuş cədvəlinə keçir. Bu mövsümdə bəzi istiqamətlər üzrə uçuş qrafikində dəyişikliklər ola bilər. Yeni mövsüm çərçivəsində Bakı hava limanından 18-i aşağıbüdcəli olmaqla, 39 aviaşirkət 80-ə yaxın istiqamətə, o cümlədən məşhur turizm və işgüzar marşrutlara uçuşlar yerinə yetirəcək. Bu uçuş mövsümündə Maldivlərin paytaxtı […]

Livan İsrail ərazisinə 15 raket atıb

İsrailin şimal bölgələri Livan ərazisindən yenidən atəşə tutulub. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hərbçilər Livan ərazisindən təxminən 15 raketin atıldığını aşkarlayıb və buna görə Qərbi Qalileyanın bəzi ərazilərində hava hücumu xəbərdarlığı elan edilib. “Mərmilərin bir hissəsi zərərsizləşdirilib”, – məlumatda qeyd olunub. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

“74 min manatlıq dələduzluq edən şəxslər saxlanıldı”

Vətəndaşların 74 500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63 000 manatı, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9000 manatı, Binəqədi RPİ 4-cü Polis […]

İstirahət günü leysan yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində leysan xarakterli yağışın olacağı, şimşək çaxacağı ehtimalı var. Yağıntı səhər tədricən kəsiləcək, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 8-11° isti, […]

Şolts Hindistandadır

Bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Almaniya kansleri Olaf Şolts Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək üçün Yeni Dehliyə gedib. Modi bu haqda “X” hesabında məlumat yayıb. Baş nazir paylaşımda “Bu dünyada Hindistan və Almaniya kimi müttəfiqlərə ehtiyacımız var” sözlərini yazıb. Dövlət rəsmiləri ikitərəfli görüşlərin ardınca mətbuata birgə bəyanatlarla çıxış ediblər. Qeyd […]

Milli Məclisin növbəti iclasında 11 məsələ müzakirə olunacaq

Milli Məclisin oktyabrın 29-da keçiriləcək iclasının gündəliyi açıqlanıb. Bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 1. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi […]

Fransanı qınayan bəyanat yaydılar

Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb. Bəyanatı təqdim edir: Fransa polisinin UPLG və onun Baş katibinə qarşı təhdid və qorxutma cəhdlərinə YOX! Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG) oktyabrın 23-də BMT-nin Cenevrədəki qərargahında keçirilən missiyadan qayıdarkən Baş katib Jan-Jakob Bisepin Parisin Şarl de Qol hava limanında həbs edilməsi və sərhəddə saxlanılması […]

Bakıda 2 yeniyetmə bıçaqlandı – Yenilənib

Bakıda 11-ci sinif şagirdi bıçaqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hadisə bu gün dərsdənkənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə baş verib. 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub. Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə […]