Prezident həmkarı ilə görüşdü – Yenilənir
Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşü olub. Aktualtv.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər
Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Bakı ilə yanaşı, İspaniyanın paytaxtı Madrid də eyni ildə qitənin ən nüfuzlu klub turnirini təşkil etməkdə maraqlıdır. İspanlar həlledici qarşılaşmanı “Metropolitano” stadionunda keçirməyi planlaşdırırlar. Qeyd edək ki, rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim olunmalıdır. […]
İlham Əliyevin təyyarəsini hərbi helikopterlər müşayiət etdi
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezidentin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.
Ermənistanda Polis Qvardiyası yaradılır
Ermənistanda 2025-ci il noyabrın 1-nə qədər Polis Qvardiyası yaradılacaq. Bu barədə Ermənistan daxili işlər nazirinin müavini Arpine Sarkisyan parlamentdə sözügedən məsələ ilə bağlı təşəbbüsün müzakirəsi zamanı danışıb. Onun sözlərinə görə, ilk olaraq qvardiyanı 2025-ci ilin martında yaratmaq planlaşdırılırdı, lakin təşkilati işlər nəzərə alınaraq həmin strukturun yaradılması tarixi gələn ilin noyabrına təxirə salınıb. Eyni zamanda, müzakirələrdən […]
Tuneldə ölən Elnurla Köçəri dəfn edildi
Oktyabrın 22-nə keçən gecə Sabunçuda tunelə yağış sularının dolması nəticəsində həyatını itirən şəxslər dəfn edilib. 48 yaşlı Elnur Fazil oğlu Şirinovun nəşi Kürdəmir şəhər qəbiristanlığında torpağa tapşırılıb. Laçın rayon sakini olan 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov isə Kürdəmir rayonunun Muğanlı kəndində dəfn edilib. Qeyd edək ki, Elnur və Köçəri ticarətlə məşğul olurmuş. Onlar […]
Avropa Parlamentindən Cənubi Qafqazda sülhə zərbə: əsassız iddialar, məkrli planlar – ŞƏRH
Oktyabrın 22-də Avropa Parlamentində Azərbaycandakı vəziyyət, eləcə də Ermənistanla münasibətlərə dair dinləmələr keçirilib. Dinləmələr gözlənildiyi kimi də nəticələnib. Belə ki, bəzi Avropa siyasətçiləri növbəti dəfə Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış ediblər. Bu baxımdan, xüsusilə Avropa komissarı Nikolas Şmitin səsləndirdiyi fikirləri göstərmək olar. Belə ki, o, bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət […]
Prezident Rusiyadadır
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Dövlət başçısının təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib. Kazan Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İlham […]
Ərdoğan bu gün Rusiyaya gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyanın Kazan şəhərinə səfərə yollanacaq. Ərdoğan səfər çərçivəsində BRICS sammitində iştirak edəcək, eləcə də tədbirə qatılan bir sıra hökumət və dövlət başçıları ilə görüşlər keçirəcək. Türkiyə liderinin Kazana səfəri iki gün davam edəcək.
Gəncənin və digər iki rayonun prokuroru dəyişdi
Prokurorluq orqanlarında yeni təyinatlar olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilib. O, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib. Digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib. O, Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib. Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə […]
Pensiyalarla bağlı bu qərar böyük narazılıq yaradır – Deputat
Bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda ayın 15-i verilirdi. Bayramlarda pensiyaların verilməsi bayrama uyğun olaraq tezləşdirilirdi və bayramqabağı ödənilirdi. Bunu iqtisadçı deputat Əli Məsimli deyib. O bildirib ki, pensiyaçıların xeyli hissəsinin pensiyası aşağı olsa da, onlara edilən bu jest müəyyən qədər vətəndaş […]