Palmali Holding 26 yaşında!

26 il əvvəl tam bu gün “Palmali Holding” Türkiyədə qeydiyyata alındı. Bu illər ərzində enişli-yoxuşlu, dənişçilərin dili ilə desək, dalğalar və fırtınalarla dolu bir məsafə qət etdik. Lakin heç bir dalğa, heç bir fırtına bizi yürüdüyümüz cığırdan çıxara bilmədi. Başda şirkətimizin sıravi işçisindən tutmuş kapitanına qədər HAMIMIZIN 26 yaşımız mübarək olsun! “Palmali”nin və “Palmali” ailəsinin […]

Hərbçimiz güllə xəsarətindən öldü

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlu odlu silahdan açılmış atəş nəticəsində vəfat edib. Bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb. Bildirilib ki, hadisə barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və […]

Yağışdan sonra tuneldə batan olub?

Xəbər verdiyimiz kimi, Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması xüsusilə tunellərdə hərəkəti çətinləşdirib.  Sosial şəbəkələrdə yayılan iddialara görə, Sabunçu ərazisindəki tuneldə minik avtomobillərinin qalması nəticəsində batan var.  Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib.  Nazirlikdən əlavə məlumat […]

Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən dörd il ötür

Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının dördüncü ildönümüdür. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub. Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb. Həmin gün Ağbənd qəsəbəsilə yanaşı, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, […]

Yağışlı Bakının tıxaclı yolları… – Siyahı

Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; 2. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində; 3. Babək prospekti, mərkəz istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro […]

Həyatını Qısaltma! Narkotikə Yox De!

Müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də nakomaniyadır.El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır.Uzun illərin elmi araşdırmaları göstərir ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək […]

Ömer Çelik: Türkiyə Cənubi Qafqazda sülh üçün açar rolunu oynayır

Türkiyə Cənubi Qafqazda sülh üçün açar rolunu oynayır. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik keçirdiyi brifinqdə deyib. O bildirib ki, Türkiyə başqalarından fərqli olaraq təktərəfli mövqe ortaya qoymur: “Halbuki bəzi dövlətləri uzun illər Ermənistanı silahlandırıb”. Ö.Çelik söyləyib ki, bu günlərdə İstanbulda “3+3” platforması çərçivəsində keçirilən müzakirələrdə səslənən bəyanatlar da […]

Fransa müstəmləkələrindən əl çəkmir: Makron və xanımı Mərakeşə “qarmaq atır” – ŞƏRH

Yarıtmaz idarəçilik, xarici və daxili siyasətdə uğursuzluqlar Fransa prezidenti Emmanuel Makronun reytinqinə təsirsiz ötüşmür. Ölkənin ictimai rəy institutunun sorğusunun nəticələrindən bəlli olub ki, respondentlərin 78%-i Makronun fəaliyyətindən narazıdır. Onun işini sorğuda iştirak edənlərin yalnız 22%-i müsbət qiymətləndirir. Fransızlar yeni baş nazir Mişel Barnyenin işindən də narazıdırlar. Respondentlərin sadəcə 40%-i onu dəstəkləyir, 60% onun fəaliyyətini bəyənmir. […]

İlham Əliyev bu sazişi təsdiqlədi

Azərbaycanla Moldova arasında readmissiya haqqında saziş təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu təsdiq edib.