Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldı

Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş N saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb. Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib. Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb. Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır. Bu qərarla onun çəkilməmiş 2 il cəzası […]

Tağı Əhmədovun dəfn yeri açıqlandı

Ötən gün vəfat edən “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov Əhmədli qəbiristanlığnda dəfn ediləcək. Bu barədə “Qafqazinfo”ya mərhumun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. Dəfn mərasiminin bu gün saat 12:00-da keçiriləcəyi gözlənilir. Xatırladaq ki, T.Əhmədov ötən gün uzunsürən xəstəlikdən vəfat edib.

Azərbaycan Premyer Liqası: Bu gün X turun daha iki görüşü baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq. Əvvəlcə “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda, saat 15:30-da keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var. “Səbail” komandası səfərdə “Neftçi”nin qonağı […]

Sorğu: Tramp Harrisdən əksər ştatlarda irəlidədir

ABŞ-də Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçim tərəddüdündə olan əksər ştatlarda əhali arasında dəstək baxımından Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampdan geridə qalır. Bunu “RealClearPolitics” portalının ölkədə son sorğularının təhlili sübut edir. Araşdırmaya görə, bəzi ştatlarda sakinlərin 48,3%-i Trampı, 47,5%-i isə Harrisi dəstəkləyir. Respublikaçıların xeyrinə ən böyük fərq Arizona ştatlarında qeydə alınıb. “RealClearPolitics”in proqnozu […]

“Sələmçi Qiyas” həbs olundu

Yevlaxda və ətraf rayonlarda sələmçi kimi tanınan Qiyas Pənahov hədə-qorxu ilə tələb etmə əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.  Onun barəsində Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müvafiq qərarla “Sələmçi Qiyas” barəsində həbs-qətimkan tədbiri seçilib. Bildirilir ki, Q.Pənahovun əməlləri ilə bağlı onlarla zərərçəkmiş var. Sələmçinin həmin şəxslərə 300 min manatdan artıq zərər vurduğu qeyd […]

Prezident onları təltif etdi – Sərəncam

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər. 3-cü dərəcəli “Əmək” ordeni ilə Xəlilov Sahib Hacıbala oğlu; Nəsirov Tahir İsa oğlu; Rzayev Oqtay Bahadur oğlu; Sadıqov Nadir Ağa Cəfər oğlu; Süleymanov Fəzayıl İmaməli oğlu. “Tərəqqi” medalı ilə Cəfərov Namiq Ağamusa oğlu; […]

Türkiyə və Ermənistanın XİN rəhbərləri görüşdü

Türkiyə və Ermənistanın xarici işlər nazirləri Hakan Fidanla Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş İstanbulda “3+3” regional platformasının üçüncü iclası çərçivəsində baş tutub.  Nazirlər ikitərəfli əlaqələr, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Mirzoyanla Araqçı görüşdü

İran və Ermənistanın xarici işlər nazirləri Abbas Araqçı ilə Ararat Mirzoyan arasında görüş keçirilib. Görüş İstanbulda “3+3” regional platformasının üçüncü iclası çərçivəsində baş tutub.  Bununla belə, nazirlərin danışıqlarının detalları açıqlanmayıb.  Araqçının digər həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Xatırladaq ki, bu gün İstanbulda Cənubi Qafqazda əməkdaşlığa dair “3+3” platforması çərçivəsində üçüncü görüş keçirilib. Görüşdə Türkiyə, […]

BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq – Rəsmi

“BakıKart”ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov yeni layihələrlə bağlı ictimai dinləmədə müzakirə zamanı deyib. O bildirib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib: “Vətəndaşların mobil tətbiqdə olan bütün vəsaitləri geri qaytarılacaq. Tətbiqin işi bərpa olunduqdan sonra […]

COP29-da yollarda qadağalar olacaq? – Rəsmi cavab – Yenilənib

“COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib”. Bunu COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib. O qeyd edib ki, Liderlər Sammiti dövründə – 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq. Orxan Mahmudlunun sözlərinə görə, tənzimləmələr tətbiq ediləcək […]