Prezidentdən Füzuli ilə bağlı paylaşım – Video
Prezident İlham Əliyev Füzuli Şəhər Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Zəfər tariximiz – Füzulinin Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.
Füzuli Şəhəri Günüdür
Füzuli şəhərinin işğaldan azad olunmasından dörd il ötür. 4 il əvvəl bu gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi – Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən […]
Növbəti Gəncə terrorundan 4 il ötür
Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür. 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə atəşə tutub. Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında […]
Bakının bir sıra yollarında tıxac müşahidə edilir
Bakının bir sıra yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 2. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 5. Binəqədi şosesi, “Azadlıq prospekti” […]
Sabah Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Sabah Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Nəsimi rayonunun M. Qaşqay və S. Əsgərova küçələrinin kəsişməsində siyirtmənin əvəz olunması məqsədilə oktyabrın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir-bərpa işləri aparılan müddətdə M. Qaşqay, Ə. Qasımzadə, N. Vəzirov, […]
Söz azadlığına dözümsüz Fransa: davam edən müstəmləkəçilik və despotizm – ŞƏRH
Söz azadlığı insanların əsas hüquq və azadlıqları sırasındadır. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə şamil edilir. Bu gün bu prinsipləri əlində dəstavüz edərək digər dövlətləri ittiham edən dövlətlər kifayət qədərdir. “Demokratiya beşiyi” Fransa bu siyahıda lider mövqeyini qoruyub saxlayır. Ötən […]
Pensiyaların gecikməsi iddiasına – Rəsmi cavab
Pensiya və müavinətlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb. Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məsələyə münasibət bildirib. “Çoxsaylı müraciətlərinizə əsasən bildiririk ki, ölkə üzrə aylıq sosial ödənişlər, o cümlədən pensiyalar müvafiq ayın son günü ödənilməli olduğu halda müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə ödənilir. Əvvəlki aylarda olduğu kimi cari və […]
“Bakıya yarımçıq sülh lazım deyil”
Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında qəribə iddia irəli sürüb və deyib ki, Azərbaycanla sülh sazişinin 16 bəndi artıq razılaşdırılıb. Hələ ki, rəsmi Bakı bu bəyanata cavab verməyib, lakin bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Belçikanın yeni səfiri ilə görüşündə açıq şəkildə vurğuladı ki, “sülh müqaviləsinin bütün bəndləri […]
600 bal toplamış çağırışçılar bu universitetdə xidmət çəkəcək
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb. “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı şərh verən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib ki, yeni əsgərlik konsepsiyasına əsasən, Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır. O qeyd edib ki, digər ali təhsil müəssisələrinin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər […]
Lisey əməkdaşları qəzaya düşdü – 5 yaralı
Oktyabrın 16-sı səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb. Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. *** Avto-qəza zamanı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən […]