Prokuror gömrükçülərə bəraət verilməsinə etiraz etdi

Sabiq gömrük əməkdaşları barəsində hökmlərdən kassasiya protestləri verilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakı Baş Gömrük idarəsinin Gömrük Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin sabiq əməkdaşı Orxan Zöhrabova Cinayət Məcəlləsinin 32.5,308.2 və 32.5,311.3.2-ci maddələri (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və təkrar rüşvət almada köməkçi) ilə təqsirləndirildiyi […]

Generala ağır itki

Tanınmış dramaturq və tərcüməçi Vaqif Əlixanlı vəfat edib. Aktualtv.az xəbər verir ki, 81 yaşlı ədib ötən gün dünyasını dəyişib. Qeyd edək ki, V.Əlixanlı sovet illərində uzun müddət Mədəniyyət Nazirliyində və AzTV-də müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə “Space”, ABA, “Lider” və  ANS TV-də baş redaktor vəzifəsində işləyib. 2013-cü ildən 2021-ci ilədək isə Yazıçılar Birliyinin orqanı olan […]

Bu ərazilərdə sürüşmə ola bilər – Rəsmi

Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev açıqlama verib. Mütəxəssis qeyd edib ki, intensiv yağıntılar lokal aktivləşmələrə və bəzi yerlərdə sürüşmə hadisəsinin baş verməsinə ehtimallar yaradıb: “Yağıntılar […]

Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün paytaxtın Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.

Onlar direktor müavini təyin olundu

Kolleclərə direktor müavinləri təyin olunub. Təyinatlarla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müvafiq əmrlər imzalanıb. Əmrlərə əsasən, Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Qeyd edək ki, Nərmin Hətəmova 2013-2022-ci illərdə  müxtəlif […]

Meydandan qovulan Mahir – “Tənqidə açığam”

Xəbər verdiyimiz kimi, UEFA Millətlər Liqasında Azərbaycan millisi Bakıda Slovakiyaya 1:3 hesabı ilə məğlub olub. Aktualtv.az xəbər verir ki, qarşılaşmanın 71-ci dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq meydandan qovulub və millimizi azlıqda qoyub. Hücumçu sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb: “Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən sevgisini, […]

Naxçıvana yük maşınlarının girişi məhdudlaşdırıldı – Video

Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb. Bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb. Qeyd edək ki, şəhərdaxili hərəkəti qadağan etmək üçün icazə verilən maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur. Ətraflı “Naxçıvan TV”nin videomaterialında:

Vatsapda vaxtınıza qənaət etməyə kömək edəcək yeni funksiya

Vatsap sosial şəbəkəsində vaxtınıza qənaət etməyə kömək edəcək daha bir faydalı funksiya olacaq. Bu barədə “WABetaInfo” portalı məlumat yayıb. Portal mütəxəssislərinin fikrincə, vatsap sürətləndirilmiş rejimdə videolara baxmaq imkanı əlavə edəcək. İstifadəçilər videonun oxudulmasını 1,5 və ya 2 dəfə sürətləndirə biləcəklər. Yenilik vatsapın beta versiyasında iOS cihazları üçün 24.20.78 nömrəsi altında aşkar edilib. Onun bütün sosial […]

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Səbail rayonu, Bayıl qəsəbəsində, Xəzər rayonu, Binə qəsəbəsində və Binəqədi rayonu, Biləcəri qəsəbəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 15.10.2024-cü il saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Pirşağı qəsəbəsinin, Bayıl qəsəbəsinin Z.Yusifzadə, S.Qədimova, A.Əliyev, […]

Nazirlikdən müəllimlərə XƏBƏRDARLIQ

“Valideynlərin əlavə resurslar almağa məcbur edilməsi faktları valideyn iclaslarında məktəb rəhbərliyi ilə müzakirə edilməlidir”. Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət […]